Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Ermənistan odla oynayır -Türk mediası

 

 “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, tanınmış publisist, professor Akkan Suver Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində Ermənistanın təcavüzkar siyasəti mövzusunda məqalələrlə çıxış edib.

Yenixeber.org: Çoxtirajlı “Milliyət” qəzetində “Azərbaycan yalnız deyil”, “Gözləm” qəzetində isə “Ermənistan odla oynayır” sərlövhələrlə dərc olunan məqalələrdə Ermənistanın işğalçılıq siyasəti kəskin ifadələrlə ittiham olunur.

Ermənistan tərəfinin Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə qarşı hücum cəhdlərini təcavüzkar dövlətin Dağlıq Qarabağdan kənarda yeni bir münaqişə ocağı yaratmaq məqsədi kimi dəyərləndirən publisist yazır ki, ATƏT-in Minsk qrupu məsuliyyətini dərk edərək işğalçı Ermənistana “dur” deməyi bacarmalıdır. Türkiyə dövləti və xalqının həmişə olduğu kimi qəti bir qərarla yanımızda olduğunu ifadə edən müəllif vurğulayır ki, Azərbaycanın əhalisi 10 milyon deyil, 93 milyondur. Sosial-iqtisadi böhran yaşayan, heç bir inkişaf perspektivi olmayan Ermənistan sözün əsl mənasında ağlını başına yığaraq kiminlə münaqişəyə girmək istədiyinin fərqinə varmalıdır.

Müəllif Prezident Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana göstərdikləri açıq və qətiyyətli dəstəklər Türkiyə ziyalısı üçün örnək olaraq dəyərləndirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam