Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Manatı Putin çökdürdü”

 

“Bu il çox pis göstəricilərlə yadda qalan beş əsas valyuta postsovet ölkələrinin milli valyutasıdır. Lakin Rusiya rublu bu siyahıya daxil deyil”.

"Xeberinfo.com":  Məlumata görə, bunu bloomberg.com saytında dərc olunan “Putinin postsovet ölkələri iqtisadiyyatlarına təsiri” adlı məqaləsində Leonid Berşidski yazır.

Müəllifin fikrincə, bu 5 ölkədə - Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Belarusda milli valyutanın kəskin ucuzlaşmasının hər ölkədə müxtəlif səbəbləri var, bununla belə onlara xas olan ümumi bir problem də var: Rusiyadakı iqtisadi böhran və bu ölkənin arqressiv siyasəti.

L.Berşidskinin fikrincə, Moskva ilə dostluq və tərəfdaşlıq münasibətlərinə malik postsovet ölkələri iqtisadi baxımdan bir-birləri ilə sıx bağlı olaraq qaldıqca böhranlar da qaçılmaz olacaq.

“Bu gün ən pis göstərici Ukrayna qriveninə məxsusdur. Qriven dünən dollara nisbətən daha 11 faiz ucuzlaşıb. Buna görə də Ukrayna Milli Bankı kapitalın hərəkətinə nəzarəti gücləndirib və yerli banklara qrivenlə kredit verməyi qadağan edib. İdxalatçılara isə xəbərdarlıq edib ki, 50 in dollardan çox məbləğdə olan istənilən avans diqqətlə araşdırılacaq.

Ukraynada milli valyutanın kəskin devalvasiyası digər postsovet ölkələrinə nisbətən həddən artıq müxtəlif səsbəblərdən baş verir. Rusiya turizm cənnəti olan Krımı ilhaq etməklə Ukraynanı faktiki olaraq ən böyük xarici valyuta qaynağından məhrum edib. Ukraynanın şərqində gedən müharibə isə bu ölkəni metallurgiya sənayesinin gəlirlərindən məhrum edib” - deyə L.Berşidski yazır.

Moldova, Gürcüstan və Azərbaycanın isə belə problemləri yoxdur. Lakin bu ölkələrin hər birindəki problemlər də regiondakı vəziyyətin qeyri-sabit olmasından irəli gəlir.

Məqalədə deyilir ki, Azərbaycanın ən əsas problemi onun neft ixraçatcısı olması ilə bağlıdır: “Azərbaycan 2011-ci ildən etibarən öz milli valyutası manatı ABŞ dollarına bağlamışdı. Neftin qiymətləri düşdüyü üçün bu asılılığı saxlamaq çox baha başa gəlməyə başladı. Yanvarın 31-nə olan məlumata görə, Azərbaycanın valyuta ehtiyatları ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz azaldı.

Lakin əgər Rusiya Azərbaycanın ən böyük ixrac bazarı olmasaydı, devalvasiya (ucuzlaşma) da belə kəskin olmayacaqdı. Son məlumatlara görə, Azərbaycandan Rusiyaya ixracatın həcmi ötən ilin III rübündə kəskin şəkildə - 30 faiz azaldı”.

Məqalədə deyilir ki, regionun valyutaları düşməkdə davam edəcək: “Təsəvvür edin ki, Avropa avronu qəbul etməsəydi və Almaniya valyutasını salmaqla ixrac rəqabətliliyini gücləndirsəydi, necə böhran baş verərdi. İndi belə bir böhranı izləmək üçün nadir imkan yaranıb. Avronu tənqid etmək yaxşı səslənir, ancaq bu valyuta avropalıları oxşar fəlakətlərdən qoruyur. Postsovet ölkələrinə gəlncə isə, digər tərəfdən də bir ölkədəki valyuta şoku digərlərinə də şok yaradır”.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam