Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

ABŞ-ın Bruklin şəhərinin rəhbəri -AXC-nin ildönümü ilə əlaqədar bəyannamə imzalayıb

Nyu-Yorkun Bruklin şəhərinin rəhbəri Erik Adams Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.

Yenixeber.org: Bəyannamədə Erik Adams Azərbaycanın ABŞ-dakı səfirliyinə Bruklində Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümün tanınması və qeyd olunmasına qoşulduğunu bildirir.

O, Bruklinin müxtəlif mənşəli Azərbaycan sakinlərinin yaşadığı yer olduğunu və bundan qürur hissi keçirdiyini qeyd edir, bu şəxslərin və müvafiq təşkilatların Azərbaycan tarixi, irsi və mədəniyyəti barədə ictimai məlumatlandırmanın aparılmasında və işlərin görülməsində səylərini qiymətləndirir.

E.Adams müsəlman dünyasında ilk dəfə olaraq 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını qeyd edir. O, ABŞ da daxil olmaqla bir çox digər demokratik dövlətlərin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan edən bəyannaməni alqışladığını bildirir. 1918-1920-ci illərdə, müstəqilliyinin qısa müddəti ərzində irsindən, cinsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə seçki hüququnun təmin edildiyi və müsəlman ölkələri arasında qadınlara ilk dəfə seçki hüququ verən ölkə kimi bu töhfəni tanıdığını vurğulayır.

Eyni zamanda sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, onun SSRİ-nin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu diqqətə çatdırılır.

E.Adams Azərbaycanın son 29 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyini və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olduğu, ABŞ-ın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayır.

Bəyannamədə E.Adams 28 may tarixinin demokratiyanın göstəricisi olaraq Azərbaycan Milli Gününün qeyd edilməsi ilə əlaqədar ABŞ da daxil olmaqla, dünyada yaşayan milyonlarla azərbaycanlını təbrik etdiyini bildirir. Həmçinin o, Azərbaycanla 2014-cü ilin 18 noyabr tarixində qardaşlaşmış şəhərlər müqaviləsinin imzalandığını xatırlayaraq, cəmiyyətin inkişafı və bir çoxlarının həyatının yaxşılaşdırılması üçün atılan addımlara görə təşəkkürünü bildirir.

Sonda E.Adams 2020-ci ilin 28 may tarixini Bruklində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə Milli Gün elan edib.

Xatırladaq ki, Bruklində çoxsaylı Azərbaycan əsilli amerikalılar yaşayır, o cümlədən Azərbaycandan olan böyük yəhudi icmaları mövcuddur. Həmçinin Bruklində Qafqaz xalqlarının mədəniyyəti, xüsusilə də rəqs və musiqini təbliğ edən “My Way” Uşaq və Gənclərin İnkişaf Mərkəzi fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam