Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Müsavatda legitimlik problemi var”

 

Müsavatda legitimlik problemi var, qurultaydan sonra bu təşkilat iki hissəyə bölünüb

"Xeberinfo.com":  Məlumata görə, bunu Milli Məclisin (MM) deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov dilə gətirib.

Onun sözlərinə görə, Müsavat Partiyasının rəhbərliyini ələ keçirmiş qüvvələrin legitimlik məsələsi ilə partiyadaxili qarşıdurmanın yaranmasında, gərginliyin baş verməsində hakimiyyət nümayəndələrinin əlinin olması ilə bağlı səsləndirdikləri iddiaların da heç bir əsası yoxdur.
 
“Müsavatdaxili gərginliyin, qarşıdurmanın heç bir halda hakimiyyətə aidiyyəti yoxdur. İqtidar bəyəm bunlardan xahiş edib ki, qeyri-demokratik, ədalətsiz qurultay keçirin? Xeyr!”, - deyə qeyd edən YAP rəsmisi bildirib ki, adıçəkilən partiyanın son qurultayında başqanlıq seçkisi zamanı ədalətsizlik olub və ədalətsizliyin nəticəsi olaraq da Müsavat üzvləri buna etiraz edirlər.
 
“Eyni zamanda, partiya rəhbərliyində olan şəxslər söz azadlığını, fikir plüralizmini boğur, azad fikir söyləyən insanlar partiya sıralarından çıxarılır, xaric olunur. Ona görə də neçə aydır bu partiyada bir gərginlik, qarşıdurma var. Özü də Müsavatın qurucularının böyük əksəriyyəti bu seçkiyə etiraz edir. Bunları da iqtidar öyrətməyib ki? Yəni, bunlar həmin təşkilatın qurucularıdır.

Onlar görürlər ki, burada ədalətsizlik olub və ona da etiraz səslərini ucaldırlar. İqtidarın bu məsələyə dəxili yoxdur. İqtidarı maraqlandırmır ki, bu partiyanı kim təmsil edəcək, kim olacaq. Bu seçim müsavatçıların öz seçimidir. Müsavatçılar da indi bu seçimə etiraz edirlər, istər rayon-şəhər təşkilatları, istər Məclis, istər  Divan, istərsə də Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri hamısı deyir ki, başqanlıq seçimində bir qrup tərəfindən ədalətsizlik, saxtalaşdırma baş verib, partiya rəhbərliyi zəbt olunub.

Bu baxımdan hesab edirəm ki, bu məsələ onların öz daxili problemləridir və bu problemləri də özləri həll etməlidir - başqalarının üstünə atmamalıdırlar”, - deyə S.Novruzov daha sonra sözlərinə əlavə edib. (gun.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam