Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

ABŞ-la Azərbaycan arasında demokratiya dialoqu olmayacaq

 

Vaşinqton vətəndaş cəmiyyəti və demokratiya məsələləri ilə bağlı Azərbaycan hakimiyyəti ilə dialoqu dayandırıb.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə “Turan”-ın müxbirinə məlumatlı diplomatik mənbə bildirib.
Ötən həftə ABŞ dövlət katibinin insan hüquqları üzrə köməkçisi Tom Malinovski vətəndaş cəmiyyəti və Qərb institutlarına təzyiqlərin davam etməsini müzakirə etmək üçün Bakıya gəlməyi planlaşdırmışdı. Lakin son anda Azərbaycanın görüşdən imtina etməsilə bağlı şayiələrin fonunda səfər ləğv edilib.
Bundan öncə - 2013-cü il prezident seçkiləri ərəfəsində Bakı Dövlət Departamentinin digər yüksək vəzifəli nümayəndəsi Tomas Melianı da ölkəyə buraxmamışdı.
Olayı şərh edən Dövlət Departamentinin nümayəndəsi səfərin Azərbaycan tərəfdən ləğv edilməsinin mümkünlüyünü qəbul etməyib.
“ABŞ və Azərbaycan bu ilin fevralında dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya səfəri zamanı belə dialoqa başlamaq barədə razılığa gəlmişdi. Lakin biz düşünmürük ki, bu cür dialoq indiki vəziyyətdə səmərəli olsun. Bu, bizim fikrimiz və bizim qərarımızdır”, - Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.
Bu fonda Bakı və Vaşinqtonda bəzi müşahidəçilər əgər siyasi məhbuslar azad edilməsə və amerikalıların Azərbaycanda sabitliyi pozmaq istəməsi barədə kampaniyaya son qoyulmasa Obama administrasiyasını Azərbaycanın rəsmi şəxslərinə qarşı “sərt addımlar” atmağa çağırırlar.
Vaşinqtonda bir çox müşahidəçilər ehtimal edirlər ki, Malinovskinin səfərinin ləğvi düzgün qərardır, çünki indiki durumda Bakı ilə dialoq mənasızdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam