Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“ÇOX YIRTICI OLANLAR VAR Kİ, DAHA YÜKSƏK YERLƏRDƏ OTURUBLAR” - “Növbə onlara da çatacaq...”

Deputat Elman Məmmədov: “Ola bilsin ki, bu insanlar həddən artıq qorxmazlıqlarını nümayiş etdirmək istəyirdilər və ya...”

“Bəziləri də hesab ediblər ki, kimlərsə tərəfindən qorunurlar və əməllərinə görə onlara toxunulmayacaq”

Yenixeber.org: Son günlər ölkə gündəmini zəbt edən korrupsiya ilə mübarizə tədbirləri, icra başçılarının həbsi mövzusu yeni Baş prokurorun təyinatı ilə daha da aktuallaşıb. Bu mövzuyla bağlı YAP Siyasi Şurasının üzvü, deputat Elman Məmmədovun fikirlərini öyrənmişik.

Elman Məmmədovla müsahibəni təqdim edirik:

- Elman müəllim, son dövrlər ölkədə korrupsiyayla mübarizə tədbirləri çərçivəsində artıq 4 icra başçısı saxlanılıb, icra orqanlarının onlarla əməkdaşı barəsində cinayət işi açılıb. Hakim partiyanın deputatı olaraq baş verənləri necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, kim qanunu pozursa əvvəl-axır cəzasını almalıdır. Cənab Prezident 2018-ci ildən etibarən xəbərdarlıqlarını səsləndirirdi və dəfələrlə səsləndirirdi. Bütüm çıxışlarında, tədbirlərdə açıq qeyd edirdi ki, biz, bu bəlanın kökünü kəsməliyik və bununla mübarizə aparırıq. Hər kəs bundan nəticə çıxarmalı, ibrət götürməlidir.

İlk həbs edilən icra başçısını görən digər vəzifə sahibləri buna baxıb nəticə çıxarmalı idilər. Yəni bu istiqamətdə birinci həbsdən sonra vəzifə sahibləri düşünməli idi. Söhbət yalnız icra başçılarından yox, irili-xırdalı vəzifə daşıyan şəxslərdən, səlahiyyət sahiblərindən gedir. Burada ancaq icra başçıları haqda danışılmır. Nazirlərdən, nazir mavinlərindən, komitə sədrlərindən də söhbət gedə bilər. Yəni kiçik idarə müdirindən tutmuş yuxarı vəzifəlilərə qədər...

Cənab Prezident bugünlərdə Baş prokuroru təyin edərkən bu fikirlərini ifadə etdi. Həm dəəlavə etdi ki, mərkəzi icra aparatlarında da belə hallar var. Bir sözlə, vəzifəli insanlar bundan nəticə çıxarmalı, əgər vəzifə daşıyırsa, məsuliyyətini dərk etməlidir. Əgər ölkədə uzun müddətdir bəyan olunursa ki, biz bu işlərlə barışmayacağıq, buna qarşı mübarizə aparacağıq və bu, dövlətin birinci şəxsinin dilindən səsləndirilirsə, bundan hər kəs nəticə çıxarmalıdır.

- Sizcə, niyə nəticə çıxarmırlar?

- Ola bilsin ki, bu insanlar həddən artıq qorxmazlıqlarını nümayiş etdirmək istəyirdilər. Və ya ağılsız olduqlarından nəticə çıxara bilmirlər. Həmçinin, mümkündür ki, öz nəfslərinə üstün gələ bilməyiblər. Allah təla nəfsin düşmənidir. Sən Allahınla dost olmaq istəyirsənsə nəfsinə düşmən kəsilməli, ona üstün gəlməlisən. Sən bunu edə bilmirsənsə, deməli qanunu pozacaqsan, pis yollara düşəcəksən və cəzanı da alacaqsan. Mən hesab edirəm ki, bu çox ciddi xəbərdarlıqdır və bundan nəticə çıxarmaq lazımdır. Nəticə çıxarmayanların da aqibəti eyni olacaq.

- Yəni həbslər davam edəcək?

- Təbii. Kim nəfsinə üstün gələ bilmirsə, qanunu pozursa aqibəti bu birilər kimi olacaq. Bu, dəqiqdir.

 

 

- Həmkarınız Siyavuş Novruzov da korrupsiya ilə yalnız icra başçılarının məşğul olmadığını, nazir və komitə sədrləri arasında da belələrinin olduğunu bəyan edib...

- Siyavuş müəllimin açıqlaması ilə tanışam və onunla yüz faiz razıyam. Əlbəttə, tamahkarların, rüşvətxorların sırasında ən yüksək səviyyədə duranlar heç də icra başçıları deyil. İcra başçılarından çox-çox dağıdıcı, yırtıcı, tamahkar olanlar var ki, daha yüksək yerlərdə oturublar. İnşallah, növbə onlara da çatacaq.

Hesab edirəm ki, bu proses dayanmayacaq, daim gündəmdə olacaq. O ki qaldı belə adamların hamısının təmizlənməsinə, məncə bu, qeyri-mümkün olan şeydir. Bu, yalnız Azərbaycana da aid deyil, bütün dünya ölkələrinə, insan cəmiyyətlərinə xas haldır. Elə bir ideal cəmiyyət göstərmək olmaz ki, orada vəzifəli şəxslər 100 faiz şəffaf, təmiz olsun. Belə neqativ hallar bütün cəmiyyətlərdə var. Sadəcə, birində az, birində çox, digərində çox iyrənc formada.

İndi ölkədə və cəmiyyətdə belə fikir, mövqe olmalıdır ki, cinayət cəzasız qalmayacaq. Bəziləri uzun illər belə fəaliyyət göstəriblər və hesab ediblər ki, Prezident dediyi kimi kimlərsə tərəfindən müdafiə olunurlar, qorunurlar vəəməllərinə görə onlara toxunulmayacaq. Artıq bu sindrom sındırıldı.

- Müşahidələr göstərir ki, hakimiyyət öz daxilində ciddi kadr islahatları da həyata keçirir, bir növ özünü yeniləyir. Demək olarmı ki, artıq dövlət idarəçiliyində nəsil dəyişikliyi baş verir?

- Bəli, ciddi islahatlar gedir. Ötən həftənin beşinci günü Milli Məclisin sədri Sahibə Qafarova da bəyan etdi ki, onun sərəncamı ilə Milli Məclisin aparatı buraxılıb. Və bir ay sona parlamentin aparatı və işlər idarəsi yenidən formalaşacaq. Yəni demək istəyirəm ki, bütün istiqamətlərdə ciddi kadr islahatları aparılacaq. Həm də nəzərə almaq lazımdır ki, korrupsiya və rüşvətxorluqla mübarizə ancaq həbslərdən ibarət deyil. Düzgün kadr islahatlarının aparılması korrupsiya əməllərinin qarşısını almaqda kəsərli alətdir. Yəni yeni, daha əqidəli, əməli düz, müasir dünyagörüşlü, məsələlərə baxışı daha təmiz və şəffaf olan insanların vəzifələrə gətirilməsi həm də korrupsiya və rüşvətə qarşı mübarizə tədbirlərinin tərkib hissəsidir.

İkincisi, kadr islahatları davam edir. Bu proses 2 ildən çoxdur ki, başlayıb. Burada söhbət ancaq ondan getmir ki, gənclər vəzifəyə gətirilir. Söhbət həm dəəqidədən, amaldan, təmizlikdən, qanuna düzgün əməl etməkdən gedir. Fikrimcə, kadrın yaş həddindən daha çox onun tutduğu yol, qanunlara hörmət etməsi, ölkədə gedən proseslərə necə münasibət bəsləməsi əhəmiyyətlidir.

- Son zamanlar ölkədə fəaliyyət göstərəəksər siyasi partiyaların rəhbərləri Prezident Administrasiyasına dəvət edilir, habelə bəzi siyasi partiyalar dövlət qeydiyyatına alınır. Bu barədə düşüncəniz nədən ibarətdir?

- Bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların və təşkilatların 90 faizindən çoxu ilə dialoq aparılır, münasibətlər qurulur, onların təklif və problemləri öyrənilir. Həm də onların fəaliyyəti üçün şərait yaradılır. Elə Milli Məclisin timsalında bunu görmək mümkündür. Milli Məclisdə görün neçə siyasi partiya təmsil olunub. Hətta parlament rəhbərliyində də siyasi qüvvələrin layiqincə təmsilçiliyi var. Milli Məclis sədrinin müavini, komitə sədri və sədr müavinləri kimi vəzifələr tuturlar. Məncə, bu ondan xəbər verir ki, Azərbaycanda idarəçilik çoxpartiyalı sistemin inkişafına doğru gedir. Burada söhbət dövləti, milləti, xalqı və ölkəsi üçün düzgün yolla, doğru əqidə ilə fəaliyyət göstərən siyasi təşkilatlardan gedir. Belə qurumlarla hakimiyyət partiyası normal münasibətləri hər zaman təqdir edib. Yox, əgər kimsə dövlət və Azərbaycan əleyhinə çalışırsa, kimlərinsə tapşırığı ilə kəskin radikal mövqe tutursa, hər şeyi qara rəngdə görürsə, sözsüz ki, belə qüvvələrlə dialoqdan söhbət gedə bilməz.

- Zakir Qaralovun Baş prokuror vəzifəsindən getməsinə münasibətiniz necədir?

- Keçmiş Baş prokuror 20 il bu vəzifədə çalışdı. Vəzifədən getməsi onun pis işləməsi demək deyil. Nəzərə alın ki, 20 il bir nəfərin bir vəzifədə qalması baxımından uzun müddətdir. Zakir Qaralovun dövründə də prokurorluqda dəyişikliklər olub. Ancaq vəzifədən getmək məsələsində uzun müddət işləmək, yaş həddi və digər hallar nəzərə alınır. Mən əminəm ki, yeni Baş prokuror təyin edilən Kamran Əliyev bu vəzifəsinin öhdəsindən layiqincə gələcək. Yeni Baş prokuror uzun illər prokurorluq sahəsində çalışıb və zəngin həyat yolu keçib.

(AzPolitika.info)   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam