Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Millət vəkilindən Riçard Kozlariçin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət

 

“Son dövrdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin antiazərbaycan fəaliyyətində aktivliyi diqqəti cəlb edir”. 

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə ABŞ Konqresində keçirilən dinləmələrdə Riçard Kozlariçin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

A.Mirzəzadə qeyd edib ki, R.Kozlariç sanki Azərbaycana qarşı səlib yürüşünün təşkilatçısı rolunu oynamağa çalışır və bütün çağırışlarının sonunda Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edir: “Çox maraqlıdır, onun Azərbaycandakı fəaliyyəti də məhz həmin prinsiplər üzərində qurulmuşdu? Doğurdanmı onun rəsmi diplomatik fəaliyyətinin arxasında məhz antiazərbaycançılıq, Azərbaycanda radikal müxalifətlə sıx əlaqələrin olması, həmçinin Azərbaycanı ABŞ-ın müəyyən mərkəzlərinin təsiri altına salmaq cəhdi dayanırdı? Nə üçün 15 ildən çoxdur ki, Azərbaycandan gedən şəxs heç cür Azərbaycanla bağlı orientasiyadan azad ola bilmir? Bunun özü bir daha göstərir ki, Azərbaycanın müstəqil siyasət yürütməsi müəyyən dairələri narahat edir. Onlar Azərbaycanı təsir altına almağa cəhd etməyi, Azərbaycanı bu və ya digər məsələlərdə saxta ittihamlarla ittiham etməyi artıq özlərinin ciddi bir proqramına çeviriblər”.

Onun sözlərinə görə, ancaq bu dairələrin cəhdləri hər dəfə uğursuzluğa düçar olur, çünki ABŞ-da Azərbaycanla münasibətlərə ciddi baxan və bu münasibətlərə hörmətlər yanaşan, Azərbaycanda demokratiyanın inkişafını görən və ona yüksək qiymət verən, Azərbaycanın bu gün müstəqil siyasət yürütməsinin tək Azərbaycan deyil, o cümlədən ABŞ-ın da maraqlarına cavab verdiyini yüksək qiymətləndirən dairələr və siyasətçilər də az deyil: “Bu gün ABŞ-da Azərbaycanın dostları on milyonlarla ölçülür və hesab edirəm ki, bu cür tədbirin təşkilatçıları növbəti dəfə iflasa uğradılar. Çünki onların dedikləri nə ABŞ-ın maraqlarına cavab verir, nə də Azərbaycanda geniş bir dəstək qazana bilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam