Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Ola bilsin ki, bəzi qüvvələr Azərbaycana siyasi təzyiq göstərməyə çalışırlar" -Millət vəkili

“Ola bilsin ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi məsələsi ilə bəzi qüvvələr Azərbaycana siyasi təzyiq göstərməyə və bundan hansısa siyasi, diplomatik, iqtisadi güzəşt əldə etməyə çalışırlar. Amma Azərbaycan təzyiq altında kiminsə maraqlarını həyata keçirən ölkə olmadığını dəfələrlə bildirib”.

Yenixeber.org:  Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə qeyd edib ki, Rusiyada indiyədək hər hansı diaspor təşkilatının ləğv edilməsi təcrübəsi olmayıb.

Onun sözlərinə görə, Rusiya ərazisindəki on minlərlə qeyri-hökumət təşkilatlarından birinin nizamnaməsində hansısa bir hüquqi qüsur tapıb, bunun əsasında təşkilatı ləğv etməyə çalışırlar: "Amma bu, adi bir təşkilat deyil. Bu, Rusiyadakı azərbaycanlıları birləşdirən bir diaspor təşkilatıdır. Bu təşkilatın Rusiya elitasına daxil olan onlarla, yüzlərlə azərbaycanlı üzvü var. Bu təşkilata qarşı münasibət Azərbaycana qarşı münasibətdir”.

A.Mirzəzadə qeyd edib ki, təşkilatın nizamnaməsində hansısa qüsur ola bilər: "Amma bu məsələni şişirtməyə və Ali Məhkəməyə qədər qaldırmağa ehtiyac yoxdur".

Deputat hesab edir ki, bu məsələnin arxasında Rusiyadakı antiazərbaycan, Rusiyanın Azərbaycan və Türkiyə ilə çox yaxın münasibətlərinə maneə yaratmaq istəyən qüvvələr dayanır.

A.Mirzəzadənin sözlərinə görə, məhz həmin qüvvələr Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsində maraqlı deyillər. Onlar əksinə, bu iki ölkəni qarşı-qarşıya qoymağa çalışırlar.

A.Mirzəzadə bu məsələdə Rusiyada fəaliyyət göstərən güclü erməni diasporunun səylərinin olduğunu da istisna etməyib: “Təsadüfi deyil ki, Rusiyada həmin qüvvələrin təsiri altında olan KİV-lərdə bu məsələ qeyri-obyektiv şəkildə işıqlandırılır və təşkilatın ləğv edilməsinə təhrik edirlər. Ümid etmək istərdim ki, Rusiyada sağlam düşüncə qalib gələcək. Rusiya Azərbaycanla münasibətlərinin gərginləşməsinə aparıb çıxaran bu addımı atmayacaq. İnanmaq istərdim ki, bu məsələ ədalətli həll yolunu tapacaq”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam