Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Abbas Abbasova daha bir zərbə

 

Murmansk vilayətindəki Dünya Azərbaycanlılarının Konqresinin İctimai Palatasının üzvü və regional şöbənin rəhbəri Afil Qurban oğlu Hüseynov Abbas Abbasovun fəaliyyətinə etiraz edib.

 

"Xeberinfo.com":  Məlumata görə, Hüseynov Abbas Abbasovun Azərbaycan haqqında yalan informasiya yaydığını bildirib.

 

O, bir müddət öncə Abbas Abbasova yaxın olan şəxslərin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və onun müavini Qüdsi Osmanov haqqında səsləndirdikləri fikirlərin hər birinin yalan olduğunu deyib. Hüseynov adı çəkilən hər iki şəxsin Azərbaycana xidmət etdiyini və azərbaycanlıların fəaliyyəti ilə maraqlandıqlarını söyləyib.

 

Afil Hüseynovla bərabər Rusiyada yaşayan digər diaspor nümayəndələrinin də Abbas Abbasova etiraz etməyə hazırlaşdıqları haqqında da qeyri-rəsmi məlumat var. Keçmiş baş nazir müavininin fəaliyyətindən narazı olan bəzi azərbaycanlı iş adamları da Abbasova qarşı birləşib.

 

Qeyd edək ki, artıq bir neçə aydır “Azərros”un tərkibində narazılıq hökm sürür. Təşkilatın keçirdiyi iclasdan sonra bir qrup şəxs Abbas Abbasov və Asif Məhərrəmovun istefasını tələb etmişdilər. Bundan sonra Məhərrəmov istefa etsə də, Abbasovdan səs çıxmamışdı. 

Axar.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam