Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Şəhidlər” məscidinə 2 axund və 2 imam təyin edildi

trend_allahshukur_pashazade_170913_main

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə “Şəhidlər” məscidinə axund və imam təyin edib.
Xeberinfo.com:   Bu barədə APA-ya Alllahşükür Paşazadə müsahibəsində bildirib.

Təyin olunan din xadimləri Əyanət Cəfərov və Mirzaid Qənbərov imam, Cavid Kərimov və Gülağa İsmayılov isə axund vəzifəsini yerinə yetirəcəklər. Şeyxülislam bildirib ki, bəzi məsələlər mətbuatda düzgün şərh və təqdim olunmur: “Dini ayinlərin həyata keçirilməsi üçün axund və ya imam təyinatını qanuna görə QMİ həyata keçirir. Bu, başqa cür ola bilməz. Şəhidlər Xiyabanının ziyarətçilərinə xidmət etdiyi nəzərə alınaraq Dövlət Komitəsi bu məsciddə icmanın olmayacağı barədə açıqlama verdi. Lakin ziyarətçilərə dini xidmət göstərmək üçün QMİ Şəhidlər məscidinə axund və imam təyin etdik. Bakı Şəhər İcra Hakimiyyəti həmin məscidin təmir, bərpa məsələləri, mühafizəsi, yəni inzibati qaydada həyata keçiriləsi işlərini həyata keçirir. Bu, belə də olmalıdır”.
Qeyd edək ki, Bakıdakı Şəhidlər məscidi Türkiyənin Dini İşlər Vəqfi tərəfindən 1996-cı ildə tikilib. 2011-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Şəhidlər” məscidinin fəaliyyətinin təmir məqsədilə dayandırıldığını açıqlayıb. Dövlət Komitəsinin ötən ay yaydığı açıqlamada bildirilib ki, məscidə təmir işlərinin tam yekunlaşmamasına baxmayaraq, ibadət evi fərdi ibadət edənlər üçün və protokol üçün açıqdır, lakin burada dini icma fəaliyyət göstərməyəcək. Məscidi Bakı Şəhər İcra Hakimiyyəti idarə edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam