Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şimali Koreyada gərginlik -Paytaxt boşaldılır

Şimali Koreyada gərginlik -
Şimali Koreya lideri Kim Çen İnin əmri ilə paytaxt Pxenyan boşaldılır.
Yenixeber.org:  Bu barədə Rusiyanın "Pravda” nəşri Şimali Koreya mediasına istinadən məlumat yayıb. Tapşırığa əsasən, paytaxt əhalisinin 25 faizi, yəni 600 min insan təcili evakuasiya olunmalıdır.
Ekspertlər hesab edirlər ki, bu, ABŞ-la əlaqələrdə gərginliyin daha da yüksəlməsi ilə əlaqədardır. Məlumata görə, Pxenyanın bombadan qorunmaq üçün sığınacaqları paytaxtın bütüb əhalisi üçün yetərli deyil. Bu səbəbdən də yerdə qalan qismi köçürüləcək. İlk olaraq məhkumlar şəhəri tərk edəcəklər. 
Digər bir məlumata görə isə, ABŞ donanmasının bir qrupunu Koreya yarımadasına göndərdikdən sonra, Yaponiya da döyüş gəmilərini ABŞ donanması ilə birləşdirmək üçün yola salıb. 
Bundan başqa, Şimali Koreyada olan əcnəbi jurnalistlər səhər saatlarında otellərindən çıxarılaraq naməlum yerə götürüldüklərini sosial şəbəkə hesablarında paylaşıblar. 
Cənubi Koreya mətbuatı isə yazır ki, Şimali Koreyada müharibəöncəsi yerli əhali bir-biriləri, evləri ilə vidalaşmağa başlayıblar. 
Qeyd edək ki, Cənubi Koreya ABŞ-ın Şimali Koreyaya hücumunu dəstəkləməyəcəyini açıqlayıb. 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam