Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazarbayevin nəvəsi Britaniyadan sığınacaq istədi:"Əlimdə irimiqyaslı korrupsiya faktları var"

 

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan sığınacaq istəyib.


Yenixeber.org: İnterfax.ru xəbər verir ki, bu barədə o, özünün facebook səhifəsində müraciət yayımlayıb. Prezidentin nəvəsi ona ölkəsində təzyiq göstərildiyini qeyd edib. Bildirib ki, əlində Rusiya və Qazaxıstan hökumətləri arasında irimiqyaslı korrupsiya faktlarına dair məlumatlar var. O, bununla bağlı bütün detalları "Times" qəzetinə verdiyi müsahibəsində oxuya biləcəyinizi qeyd edib.


29 yaşlı Aysultan Nazarbayev 2019-cu ildə Londonda bir polis əməkdaşına hücum etdiyi üçün saxlanılaraq, şərti cəzaya məhkum edilib.


"Nazarbayev narkotik maddələrin təsiri altında polisə müqavimət göstərib və birini vurmaq istəyib. İstintaq məlumatına görə, o, polis əməkdaşının əlində dərin iz buraxıb", - deyə BBC yazıb.


Məhkəmə buna görə, ona 18 ay sınaq müddəti və narkotik asılılığından müalicə, ictimai işlərə cəlb və pul cəzası tətbiq edib.


Aysultan Nazarbayev Qazaxıstanın sabiq prezidentinin böyük qızı Dariqa Nazarbayevanın oğludur. 


Qeyd edək ki, Dariqa Qazaxıstan Senatının sədridir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam