Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Paşinyanla Putinin telefon danışığı ilə bağlı qalmaqal

 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı barədə rəsmi məlumatın ətrafında qalmaqal yaranıb.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, baş nazirin aparatının yaydığı məlumatda onun martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanadakı görüşü barədə Rusiya Prezidentinə “məlumat verməsi” yazılıb. Sonradan isə bu mətn dəyişdirilib və “məlumat verib” sözləri “bəhs edib” ilə əvəz olunub.

Erməni politoloq Armen Qasparyan jurnalistlərə müsahibəsində bildirib ki, Paşinyanın mətbuat xidmətinin rəsmi məlumatın mətnini dəyişdirməsi bəzi mətləblərdən xəbər verir. O vurğulayıb: “Yerli həmkarlarımın da mənə izah etdiklərinə görə, bu dəyişiklik onunla bağlıdır ki, mətnin ilk variantında Ermənistanın baş nazirinin “öz rəisinə” məruzə etməsi təəssüratı yaranır. Ermənistanın suveren dövlət olduğunu nəzərə alsaq, mətbuat xidməti qərara gəlib ki, bu cür təsbit ermənilərin milli hisslərini təhqir edir və mətni yenidən yazmaq lazımdır”. Eyni zamanda, politoloq qeyd edir ki, 30 il ərzində - Levon Ter-Petrosyan da daxil olmaqla bütün prezidentlərin dövründə mətnlər bu formada yazılıb və heç kim bundan narahat olmayıb.

Qasparyan xatırladıb ki, rəsmi məlumatın mətninin dəyişdirilməsinin heç bir mənası yoxdur. Belə ki, Kremlin rəsmi saytında həmin məlumat olduğu kimi qalıb. “Bununla da hökumətin rəhbəri kimi baş nazir Nikol Paşinyan rüsvay olur. Bu, çox təəccüblüdür. Mətbuat xidmətinin yerinə olsaydım, bu cür hərəkət etməzdim”, -deyə politoloq vurğulayıb.(azertac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam