Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Azərbaycanın İsraillə apardığı danışıqların detalları açıqlandı

 

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Bakıda səfərdə olan İsrail nümayəndə heyəti ilə görüşüb 
Azərbaycan İsraili “olduqca mühüm” müttəfiq və strateji tərəfdaş hesab edir. 
"Xeberinfo.com":  Məlumata görə, bu barədə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakıda səfərdə olan İsrail nümayəndə heyəti ilə görüşdə deyib.
Məlumatı İsrailin “The Jerusalem Post” qəzeti yayıb. Qəzet Əli Həsənovun İsrailin Akko şəhərinin meri Şimon Lankri ilə onun Bakıya yanvarın 26-da baş tutmuş səfəri zamanı keçirdiyi görüşdən sitatlar gətirir.
Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, İranla qonşu olan dünyəvi müsəlman ölkəsinin İsraillə münasibətləri “təzyiqlərə baxmayaraq” inkişaf edəcək və çiçəklənəcək.
“Bizim bütün ölkələrlə qarşılıqlı maraqlara söykənən münasibətlərimiz var, o cümlədən bir-biri ilə rəqib olan ölkələrlə” - Ə.Həsənov deyib.
Azərbaycan rəsmisi buna misal olaraq Bakının Rusiya və ABŞ-la münasibətlərini, həmçinin İran, Türkiyə və İsraillə tərəfdaşlığını göstərib. Ə.Həsənov deyib ki, o, yanvarın əvvəllərində prezident İlham Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə müşayiət edib, ancaq bir dəfə də bunun şahidi olmayıb ki, Türkiyədən kimsə Azərbaycanın İsraillə sürətlə inkişaf edən münasibətlərinin soyumasını, yaxud kəsilməsini xahiş etsin.
Bundan əlavə, Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, İsraillə yaxşı münasibətlər Azərbaycana Vaşinqtonda kömək edir. Belə ki, Amerika paytaxtında fəaliyyət göstərən yəhudi qrupları və İsrail liderləri amerikalı həmkarları ilə Azərbaycana dair çoxlu diskussiyalar aparırlar.
Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Ə.Həsənov Azərbaycanın İslam Konfransı Təşkilatına üzv olan müsəlman ölkəsi kimi eyni zamanda İsraillə yaxın münasibətlərə malik olmasını başqa müsəlman ölkələri üçün nümunə hesab edir.
virtualaz.org

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam