Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ƏLİ HƏSƏNOVDAN SENSASİYALI AÇIQLAMALAR

 

Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov Bakıda “The Financial Times” qəzetinin müxbirlərinə sensasion sayıla biləcək açıqlamalar verib.

"Xeberinfo.com":  Məlumata görə, Qəzet az əvvəl bu açıqlamaları öz saytında yayıb. Əli Həsənov jurnalistlərin suallarına cavabında ABŞ-da Ukraynaya silah verilməsinə dair artan tələbləri dəstəkləməyib. Eyni zamanda Bakının Ukraynadakı münaqişənin Azərbaycanın milli təhlükəsizliyinə və daxili sabitliyinə mümkün təsirindən narahatlığını ifadə edib.

“Ümumiyyətlə, Azərbaycan münaqişələrin hərbi yolla həllinə qarşıdır. Biz hesab edirik ki, müasir dünyada münaqişələrin həlli üçün daha güclü alətlər var”, – deyə Ə.Həsənov bildirib.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Azərbaycan Qərb hökumətlərinin Ermənistana qarşı Ukrayna məsələsində olduğu kimi sərt mövqe tutmamasından məyusdur: “Bizim bu məsələdə Qərbə etirazlarımız ikili standartlara görədir. Bir münaqişədə Qərb tərəflərdən birini separatçılar adlandırır, digərində bunu etmir”.

Ə.Həsənovun bildirdiyinə görə, Qarabağ münaqişəsi zonasında son vaxtlar gərginliyin artması Ermənistanda öz mövqelərini möhkəmləndirmək istəyən daxili qüvvələrin işidir. O, ABŞ və müttəfiqlərinin Ermənistanı beynəlxalq təşkilatlardan qovmaq üçün tədbirlər görməli olduğunu deyib.

Ə.Həsənov Azərbaycanda radikal İslam təhlükəsi barədə də danışıb. Deyib ki, bəzi qüvvələr Azərbaycanı radikal fundamentalistlərin ölkəsi kimi görmək istəyir, bəzi qüvvələr Azərbaycanın dünyəvi inkişaf yolunu dağıtmağa çalışır.

Qəzet qeyd edir ki, bununla belə cənab Həsənov ABŞ-la münasibətlərə dair barışdırıcı ton seçib, Bakının Vaşinqtonla terrorla mübarizədə və enerji sahəsində əməkdaşlığını qeyd edib, insan haqları məsələsində fikir ayrılıqlarının yaranmasına görə Amerika hökumətinin özünü deyil, ABŞ-dakı qeyri-hökumət təşkilatlarını günahlandırıb.

“Təəssüf ki, bəzi qüvvələr bu insidentlərdən istifadə edərək Amerika-Azərbaycan münasibətlərini pisləşdirməyə, Azərbaycanın imicinə zərbə vurmağa çalışır. Lakin Azərbaycan Qərb ölkələri ilə strateji tərəfdaşlığa sadiqdir” – deyə PA rəsmisi bildirib.

Ə.Həsənov Azərbaycanın Suriyaya döyüşməyə gedən radikallar problemini Qərblə bölüşür. O, 300-ə yaxın azərbaycanlının döyüşmək üçün Suriyaya getdiyini, onların evə qayıtdıqdan sonra təhlükəsizliyə potensial təhlükə yaradacağını deyib.

“Hesab edirəm ki, Qərb ölkələrinin Suriyaya döyüşməyə gedən bir neçə yüz vətəndaşı ora gedən bir neçə yüz azərbaycanlıdan daha az təhlükəlidir” – deyə Əli Həsənov Azərbaycan əhalisinin nisbətən az olduğuna eyhamla bildirib.

Prezident Administrasiyasının rəsmisi həmçinin deyib ki, neftin ucuzlaşmasına baxmayaraq hökumtə büdcə və inkişaf planlarını yerinə yetirə biləcək. Çünki hökumət bank depozitlərinə, daşınmaz əmlak satışına və bahalı xarici maşınlar kimi dəbdəbə predmetlərinə vergilər qoyub.

Bununla belə Ə.Həsənov özəl sektora əlavə vergi qoyulmayacağını bildirib. O, manatın kəskin devalvasiyasını istisna edib. Amma deyib ki, manatın avroya nisbətdə kursuna yenidən baxıla bilər.(Anspress)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam