Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə prezidenti:"ABŞ-la qarşı-qarşıya gəlməyi arzulamırıq"

“Biz Suriyada ABŞ-la qarşı-qarşıya gəlməyi arzulamırıq”.

Yenixeber.org:  Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yol düşməzdən əvvəl Ankarada Atatürk hava limanında Suriyada təhlükəsizlik zonasının yaradılması ilə bağlı məsələdən danışarkən bildirib.

“Suriya ilə sərhədboyu bütün hazırlıq işlərini tamamlamışıq. ABŞ məlum strateji ortağımızdır. NATO-da birlikdəyik. Bütün hallarda uzun illərdir ABŞ-la strateji ortaqlığımızı davam etdiririk. Biz yenə də müttəfiqik. ABŞ-la qarşı-qarşıya gəlmə kimi bir arzimuz da yoxdur. Ancaq ABŞ-ın da dəvət edilmədiyi bir yerdə hazırda terror qruplaşmasını dəsətkləməsini görməzliyə vura da bilmərik. Başqa sözlə, ABŞ-ın terrorçu PKK/YPG-PYD qruplaşmasını açıq-aşkar dəstəkləməsi ortalıqdadır. ABŞ prezidenti Donald Trampla görüşdə bu məsələni müzakirə edəcəyik.

Fəratın şərqində biz hücum edən, bölgəmizdə narahatlıq yaradan bu terror qruplaşmasından buraları təmizləyəcəyik. Təmizləməyi başa çatdıracağıq. Hazırda bölgədə İŞİD yox dərəcəindədir. İndi Suriya Demokratik Qüvvələri adlı bir uydurma qrup ortaya çıxarıblar. Əslində bu aldadıcıdır. Onun da YPG və PYD-dən heç bir fərqi yoxdur. Buna terror qruplaşmalarının çadırı da deyə bilərik”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan ABŞ-a təhülkəsizlik zonasının yaradılması ilə bağlı iki həftə vaxt verib.

Qeyd edək ki, sentyabrın 17-də BMT Baş Assambleyasının 74-cü sessiyası balşayıb. Sentyabrın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu toplantıda beynəlxalq sülh və təhlükəsizliyə dair təməl məsələlərlə bağlı çıxış edəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam