Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qurban Məmmədovdan Sərdar Cəlaloğlu haqqında açıqlama

 

Bu yaxınlarda əfv sərəncamı ilə azadlığa çıxmış tanınmış hüquqşünas, Mİlli Şuranın üzvü Qurban Məmmədov ADP sədri olan qardaşı Sərdar Cəlaloğlu ilə münasibətlərindən danışıb. 

"Xeberinfo.com":  Məlumata görə, Q.Məmmədov bildirib ki, aralarındakı bütün narazılıqlara baxmayaraq, S.Cəlaloğluna böyük qardaş kimi hötmət edir: ”Siyasi baxışlarımızın və mövqelərimizin daban-dabana zidd olması, xüsusilə də, Milli Şura, Əli Kərimli və AXCP-yə qarşı Sərdar bəyin tutduğu qeyri-obyektiv mövqe onun mənim böyük qardaşım olması faktını aradan qaldırmır. Siyasətdən kənarda o mənim qardaşım, böyüyüm və ata əvəzimdir. Ancaq siyasi və milli maraqlarda güzəşt – mən baxışlarımda səhv də edə bilərəm, ancaq belə düşünürəm – ləyaqətsizlik və münafiqlikdir. Allah bizi doğru yolumuzdan sapmağa qoymasın.
Eyni zamanda, hesab edirəm ki, ailədaxili və ya şəxsi münasibətlərin ictimai diqqətin mərkəzinə gətirilməsi tamamilə yanlış və ziyanlıdır, insanların qızıl kimi qiymətli vaxtını belə məsələlərə cəlb etmək səhvdir”.

Uzun müddətdir qardaşı ilə küsülü olan Sərdar Cəlaloğlu əfv sərəncamı verildikdən sonra mətbuata açıqlamasında həbsdən çıxan Q.Məmmədovu qarşılamağa getməyəcəyini bildirmişdi

Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam