Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Şərqi Avropa və Balkanlar sürətlə silahlanır- Bölgədə yeni qaynar ocaqlar yaranır

“Avropanın cənub və şərqində yerləşən dövlətlər sürətlə silahlanırlar. Bununla bərabər bir-birinə qarşı duran etnik dövlətlər arasında ziddiyətlər də dərinləşir. Bütün bu proseslərdə isə Avropa Birliyinin sərhədlərində münaqişə potensialını yüksəltmək istəyən Rusiya əsas rol oynayır.

Yenixeber.org:  Bu cümlə “Die Welt” qəzetini məqaləsində yer alıb.

Qəzet bu il iyulun 26-da Rumıniyanın Rusiya tərəfindən Serbiyaya göndərilən hərbi texnikanın qaşrısını aldığını xəbər verir. 
“Söhbət rəsmi Moskvanın Serbiyaya hədiyyə etdiyi, onlarla köhnə, lakin modernləşdirilmiş “BRDM-2” zirehli transportyordan və 30 T-72 döyüş tankından gedir”,- deyə jurnalist Boris Kalnoki yazır.

Rumniya Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyaları əsas göstərərək hərbi yükün Dunay çayı boyunca göndərilməsini dayandırıb. Buna görə Rusiya texnikanı hazırda çox yaxşı münasibətlərdə olduğu Macarıstanın hava məkanından, təyyarələrlə yola salıb.

“Bu məlumat Serbiyanın öz silahlı qüvvələrini və müdafiə sənayesini gücləndirmək niyyətlərindən xəbər verir. Bütün bunlar olduqca təhlükəlidir. Çünki Serbiya nüfuz dairəsini Ukrayanda göstərdiyi kimi hərbi yolla genişlətdirməyə çalışan bir dövlətə güvənməkdədir”,-deyə yazıda göstərilib.

Məqalədə digər Şərqi Avropa ölkələrinin də silahlanma yarışına qoşulduğu qeyd olunur.

Bu sahədə əsas rolu Polşa oynayır. Rəsmi Varşava hələ 2017-ci ldə müdafiə xərclərini 10 milyarda, 2018-ci ildə isə 12 milyard dollara qədər qaldırıb. 2030-cu ilə qədər Polşa ümumdaxili məhsulunun (ÜDM) 2,5%-ni hərbi məsrəflərə ayrımaq niyyətindədir. Polşanın planlarında ABŞ-dan alınacaq super-müasir, radarda görünməz F-35 təyyarələrinin alınması xüsusi yer tutur.

Macarıstan da “F-35”-lər almaq üçün hərbi xərclərini 20%-ə qədər yüksəldir. Ruminyanın müdafiə büdcəsi isə 2017-ci ildən bu yana 2 milyardan 4 milyarda qədər artırılıb.

“Bütün bunlar NATO-nun bölgədəki varlığını qüvvətləndirir. Rusiya isə buna müqavimət göstərməyə çalışır. Əgər NATO  Albaniya, Kosovo və Xorvatiyanı dəstəkləyirsə, Rusiya Serbiyaya , həmçinin Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikası muxtariyyatını silahlandırır. Bunun üçün Moskva tanklardan əlavə Serbiyaya 6 MiQ-29 bombardmançı təyyarələri bəxş edib. Əgər Serbiya təyyarələrin modernləşdirilməsini tamamlaya bilsə, bölgədə ən güclü hərbi aviasiyaya sahib olacaq”,-deyə məqalədə qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam