Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya Serbiyaya “MiQ-29”lar verdi

 

Rusiya Serbiyaya “MiQ-29”lar verdi
Serbiyanın hərbi hava qüvvələri silah alışına dair Rusiya ilə imzalanan müqavilə çərçivəsində 2 ədəd “MiQ-29” rus qırıcı təyyarələri əldə edib.
Yenixeber.org: "Associated Press” agentliyi xəbər verir ki, bu barədə Serbiyanın prezidenti Aleksandr Vuçiç paytaxt Belqradın yaxınlığında yerləşən hərbi aeroportda çıxışı zamanı deyib. 

Vuçiç bildirib ki, Rusiya 6 ədəd istifadə olunmuş “MiQ”ləri Serbiyaya pulsuz, 2-sini isə böyük məbləğ tələb edən təmirdən keçirdikdən sonra verib. Vuçiçin sözlərinə görə, pulsuz verilən “MiQ-29”ların təmiri Belqrad üçün 185 milyon avroya (213 milyon dollar) başa gələcək. 

Qeyd olunur ki, hərbi cəhətdən neytral olduğunu bəyan edən Serbiya hücum və nəqliyyat helikopterlərinin, həmçinin hava hücumundan müdafiə sistemlərinin alınması üçün Moskva ilə danışıqlar aparır. Lakin Belqradın bu davranışı Balkanlarda gərginliyi yüksəldə və Rusiyanın regiondakı təsirini artıra bilər. O da vurğulanır ki, Serbiya formal olaraq Avropa İttifaqına qoşulmaq istədiyini bildirsə də, Moskvanın siyasi təsiri altında Kremlə sarı istiqamətlənib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam