Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə Suriyada hərbi əməliyyatlara başlaya bilər- Çavuşoğludan açıqlama

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Suriyanın şimalında təhlükəsiz zona yaradılması planı baş tutmazsa, o zaman Ankara öz ərazilərinin təhlükəsizliyini təmin etmək üçün Fərat çayının şərqində hərbi əməliyyatlara başlaya bilər.

Yenixeber.org: Ankara Suriyanın şimal-şərqində təhlükəsizlik zonası yaradılması barədə ABŞ-la danışıqlar aparıb. Vaşinqton bu ərazidə YPG silahlı qruplaşmasını dəstəkləyir.

Azərtac xəbər verir ki, M.Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində bu razılaşmanın müddəalarının yerinə yetiriləcəyinə ümidvar olduğunu bildirib. O, Ankaraya səfər edən ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri ilə danışıqlarda da həmin məsələnin diqqət mərkəzində olduğunu söyləyib. Türkiyəli nazirin sözlərinə görə, Ankara YPG silahlılarının həmin ərazidən çıxmasını tələb edir, Vaşinqton isə onlardan “İslam dövləti” terrorçularının tamamilə məhv edilməsində istifadə etmək niyyətindədir. Çavuşoğlu əlavə edib ki, bu məsələ ilə bağlı tərəflər arasında danışıqlar ləng gedir və Türkiyə İdlib əyalətinin döyüş bölgəsinə çevrilməsini istəmir. Eyni zamanda, YPG silahlılarının Manbic şəhərindən çıxarılması planı da yerinə yetirilməyib. “ABŞ rəhbərliyi Ceffrini Ankaraya göndərib və onun gətirdiyi yeni təklifləri müzakirə edəcəyik. Ümidvaram ki, ortaq məxrəcə gələ biləcəyik. İndi konkret addımlar atmaq zamanıdır”,-deyə türkiyəli nazir vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam