Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Türkiyənin rus elitasını şoka salan addımı -Analiz

 

Türkiyənin strateji maraqlarının əsas xəttini qərbyönümlü siyasət təşkil edir.

Yenixeber.org: Bu sözləri son zamanlar Türkiyənin xarici siyasətində sezilən dəyişikliklərlə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, son zamanlar Türkiyənin xarici siyasətində Rusiya da önəm kəsb edir:

“Düzdür, Rusiya ilə əlaqələr Türkiyəyə mənfəət gətirir. Bu əlaqələr xüsusən də qardaş ölkənin turizm sektoruna böyük gəlirlər qazandırır. Üstəlik, türk şirkətləri Rusiyadan böyük sifarişlər alıblar. Ancaq buna baxmayaraq, Türkiyənin strateji maraqlarının əsas xəttini qərbyönümlü siyasət təşkil edir. Məsələn, Türkiyənin indiki sənaye bazasının inkişafında Almaniyanın, hərbi sənayesinin formalaşmasında ABŞ-ın rolu danılmazıdır. Bu mənada Qərb dəyərlərinin Türkiyədə oturuşması fonunda Avropa ilə sıx əlaqələr Türkiyənin inkişafına daha çox stimul verəcək”.

Sabiq dövlət müşaviri hesab edir ki, istənilən halda Türkiyə siyasi oriyentasiyasına korrektlərdə ehtiyatlı davranmalıdır:

“Hətta Türkiyə son zamanlar İranla da münasibətlərinin səviyyəsini yüksəldir. Türkiyə siyasi oriyentasiyasını yönləndirərkən ənənəvi siyasətdən qəti dönüşə meyillənməməlidir. Belə ki, NATO ilə inkişaf xətti ilə bərabər, Rusiya ilə bünövrəsi qoyulmuş əlaqələr də qorunub saxlanılmalıdır”.

Politoloq onu da əlavə edib ki, Rusiya son zamanlar Türkiyənin Ukrayna ilə yaxılaşmasından dərin narahatlıq keçirir: “Ukraynaya kəşfiyyat dronlarının satılması qərarı Rusiyada böyük qalmaqala səbəb olub. Zənnimcə, Türkiyə Ankara-Kiyev münasibətlərindən şoka düşən rus dairlərinin hansı məqsədlər güddüyünü diqqətdə saxlayaraq tədbiri əldən verməməlidir”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam