Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Kürdəmirdə Silahlı Qüvvələr Günü qeyd olundu - FOTOLAR

 

İyunun 26-da  rayon ərazisində yerləşən “N” saylı Hərbi Hissədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.

 

Xeberinfo.com:  Tədbirdə rayon rəhbərliyi, gənclər, ziyalılar, rayonun mədəniyyət və incəsənət ustaları iştirak edirdilər.

İlk öncə “N”- saylı Hərbi Hissənin şəxsi heyyətini Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin  İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli salamladı və Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hərbiçilərə ünvanlanmış təbrik məktubunu oxudu.

Çıxışlarda dərin razılıq hissi ilə qeyd olunub ki, Azərbaycanda ordu quruculuğu işi 1993-cü ilin iyun ayında ,Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra baş tutdu. Azərbaycan ordusu Ümummilli Lider Heydər Əliyevin  sərkərdəlik bacarığı sayəsində formalaşdı, qəhrəman, cəsur və döyüşkən bir orduya çevrildi. Bu gün, Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən güclü , ən intizamlı və dünya standartları səviyyəsində təchiz olunmuş nəhəng hərbi qüvvəsi olmaqla , müasir tələblərə cavab verən , hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malikdir. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Azərbaycan Ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də işğal olunmuş ərazilərimizi qısa müddətdə düşməndən azad etməyə qadirdir. Yaxın gələcəkdə torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.

Tədbir rayon Mədəniyyət və turizm şöbəsinin nəzdində fəaliyyət göstərən hərbi hamilik koordinasiya şurası üzvlərinin rəngarəng konsert proqramları ilə davam etdirilib.

Bayram konsertində rayon incəsənət ustalarından Zamiq Kərimov, Nəsrulla Məmmədov və gənc istedad  Ramil Rəhimli çıxış ediblər.

 

Sonda hərbi hissənin nümayəndələri çıxış edərək rayon rəhbərliyinə və musiqiçilərə, ümumilikdə tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam