Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Əli İnsanov dünən və bu gün: nələr deyir? -Video

 

Məşhur bir fikir var: Bir dəlilər, bir də ölülər öz fikirlərini dəyişmirlər.

Yenixeber.org: Amma yerdə qalan hər kəs bir vaxtlar üstündə qətiyyətlə durduğu fikri dəyişə, qızğınlıqla müdafiə etdiyi mövqeyi tərk edə bilər.

Sabiq səhiyyə naziri Əli İnsanov da istisna olmadı, o da vəzifədən götürüldükdən və həbsxanaya salındıqdan sonra öz fikrini 180 dərəcə dəyişdi.

Bir zamanlar o, müxalifətçiləri "Qərbin agentləri", "faşistlər" adlandırır, parlamentin tribunasından çıxış edərək onların güllələnməli olduğunu deyirdi. Bu gün Əli İnsanov özü Qərb demokratiyasından və insan hüquqlarından, haqsızlıqdan bəhs edir.

Bu, paradoksal olduğu qədər də anlaşılandır. Çünki o vaxt nazir Əli İnsanov başqa bir mövqedəydi, iqtidar komandasının ən nüfuzlu beş adamından biriydi, müxalifləri komandasına və şəxsən özünə təhlükə sayırdı. Ancaq sonradan məlum oldu ki, onun üçün əsl təhlükə başqa yerdə gizlənirmiş - özünün hüdudsuz ambisiyalarından.

Bəs hansı Əli İnsanov səmimidir: demokratları repressiya etdirmək istəyən nazir Əli İnsanov, yoxsa indi demokratiyadan danışan sabiq dustaq Əli İnsanov?

İkisinin də səmimi olması qeyri-mümkündür. Ancaq ikisinin də qeyri-səmimi olması tamamilə mümkündür.

Hər halda oxucu-tamaşaçılarımız bu videoya baxaraq, 15-20 öncəki və indiki Əli İnsanovlardan hansının daha səmimi olduğunu özləri ayırd edə bilərlər.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam