Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Mətbuat seçki prosesində çox ciddi rol oynayır"

 

Bu gün Prezident yanında KİV-lərə Dəstək Fondu və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə “Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları” mövzusunda konfrans keçirilib. 
"Xeberinfo.com": Məlumata görə , konfransı açıq elan edən KİVDF-nin sədri Vüqar Səfərli bu il ölkədə keçiriləcək bələdiyyə seçkiləri haqqında danışaraq deyib ki, bu prosesdə jurnalistlərin rolu əvəzsizdir: “Mətbuat seçki prosesində çox ciddi rol oynayır. Bu baxımdan seçki prosesində jurnalist əməyini danmaq olmaz və proseslərdə jurnalistlərlə əməkdaşlıq qaçılmazdır”.

MSK-nın sədr müavini Natiq Məmmədov deyib ki, Komissiya ənənəvi olaraq hər zaman bu cür tədbirlər keçirib: “Bu gün seçicilərin maariflənməsi vacib məsələdir. Həmçinin, onların obyektiv məlumat alması və ədalətli informasiya almaq hüququ da var. Buna görə də, bu prosesi KİV-lərin iştirakı olmadan edə bilmərik. Seçki və referendum elə bir prosesdir ki, hüququ olan fərdlərin burada iştirakı önəmlidir. Seçki tək səsvermədən ibarət deyil. Ancaq ən əhəmiyyətli məqamlardan biridir”.

N. Məmmədov bildirib ki, Azərbaycanda seçki prosesinin ideal olması mümkün deyil: 
“İnsan olan yerdə qüsur da mütləqdir. Bu baxımdan ideal seçkidən söhbət gedə bilməz. Lakin indi Azərbaycanı tənqid etməyə öyrəncəli dövlətlər belə etiraf edirlər ki, Azərbaycan çox böyük və uğurlu seçki yolu keçib. Müqayisə etsək, bu gün dünyadakı seçkilər heç də Azərbaycanda keçirilən seçkilərdən üstün deyil. Olan üstünlük heç də seçki prosesinin təşkilində deyil, vətəndaşının və vətəndaşının vərdişinin keyfiyyətindədir. İnkişaf etmiş, oturuşmuş demokratik ölkələrdə seçki insanların sanki adət-ənənəsinə çevrilib. Etiraf edək ki, bizdə insanların seçkiyə münasibəti bu həddə deyil. Bax, təkcə bu nüansı nəzərə alsaq və hansısa ölkəylə müqayisə etsək, əminliklə deyə bilərik ki, Azərbaycan bu prosesi daha uğurla həyata keçirir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam