Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fransa və İtaliya arsında yeni siyasi böhran

 

İtaliya baş nazirinin müavini Luici di Mayo artıq fransızların əsəbləri ilə oynayır

Yenixeber.org: İtaliya baş nazirinin müavini Luici di Mayo son zamanlarda Fransa ilə münasibətləri gərginləşdirən açıqlamaları və hərəkətləri ilə diqqət mərkəzinə düşüb.

Bu dəfə onun “Sarı jiletlilər” hərəkatının nümayəndələri ilə görüşməsi rəsmi Parisi olduqca qıcıqlandırıb.

“Bu həm qonşu, həm də Avropa Birliyi üzrə tərəfdaş sayılan ölkənin açıq-aşkar təxribatıdır və qətiyyən qəbuledilməzdir. Hökumət səlahiyyələtrinə malik Luici Di Mayo başqa dövlətin daxili işlərinə qarışmaqla Fransa ilə münasibətləri pozmasının fərqində olmalıdır”,- deyə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Image


Qeyd olunur ki, İtaliyanın həm də İqtisadi inkişaf, əmək və sosial siyasət naziri vəzifəsini tutan Luici di Mayo açıq-aşkar bu həftənin ikinci günü “Sarı jiletlilər” müxalifət hərəkatının başda Kristof Şalenson olmaqla öndə gələn isimləri ilə görüşmüş və hətta onlarla fotoşəkillər çəkdirmişdi.

Hələ yanvarın 7-də o, tvitter səhifəsində belə bir mesaj yazmışdı:  “Sarı jiletlilər, təslim olmayın. Biz ilk gündən İtaliyadan sizin mübarizənizi izləyirik. Biz sizin ruhunuzu qidalandrıan səbəbləri və nə üçün küçələrə çıxıdğınızı bilirik”.

Luici di Mayo İtaliya hökumətində koalisiya ortağı olan populist “5 ulduz” hərəkatının fransız etirazçılara daima dəstək olacağını vurğulayıb.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam