Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Milli Şuranın mitinqinə icazə verildi –Qarabağ Komitəsindən reaksiya

 

Akif Nağı: “Bu sifarişlə, razılıqla əldə olunmuş bir qərardır”

Əvəz Zeynallı: “Nə gözəldir, hakimiyyət onların da mitinqinə icazə verir”

Milli Şuranın yanvarın 19-da “Məhsul” stadionunda Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi tələbi ilə keçirəcəyi mitinqə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib. 

Yenixeber.org: Qeyd edək ki, son aylarda “Məhsul” stadionu mitinq keçirmək istəyən qüvvələrin üzünə qapadılmışdı. Qarabağ Komitəsinin (QK) “Qarabağa azadlıq” şüarı ilə noyabrın 24-nə və dekabrın 15-nə təyin etdiyi iki mitinqə icazə verilməmişdi. Son olaraq, yanvarın 12-də Müsavat Partiyasının aksiyasına icazə verilməyib.

Bütün bunların fonunda Milli Şuranın mitinqinə icazə verilməsi ciddi suallar yaradır.

Image result for akif naÄı

Qarabağ Komitəsinin təsisçilərindən olan QAT sədri Akif Nağı bu qərara təəccüblənmir: “Bu qərar məndə təəccüb doğurmur. Çünki son bir neçə ildə belə bir ənənə yaranıb ki, Milli Şuranın əksər müraciətlərinə müsbət cavab verilib. Amma digər qurumların müraciətlərinə mənfi cavab verilib. Bu mənada təəccüb doğurmur ki, bu qərar həmin xəttin davamıdır. Amma digər tərəfdən bütövlükdə sual yaranır ki, bu necə ola bilər. Nə üçün belə bir fərqlənmə ortadadır? Bunun səbəbləri nədir? Hakimiyyətin bu və ya digər qurumlara münasibəti iləmi bağlıdır? Beynəlxalq təşkilatların bu məsələdə rolu varmı? Suallar, şübhələr həddindən artıq çoxdur, cavabı da yoxdur. Hər halda hesab edirəm ki, bu, yaxşı hal deyil. Burada ayrı-seçkilik qoyulursa, düşünürəm ki, bu icazə verilən təşkilatın özünə daha çox ziyandır. Cəmiyyətdə həmin qurum haqqında mənfi fikir yaranır ki, bu sifarişlə, razılıqla əldə olunmuş bir qərardır”.

Image result for ÉvÉz zeynallı

Qarabağ Komitəsinin digər təmsilçisi, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı qərarı alqışlayır: “Bu normal bir hadisədir. Necə ki, bizim 29 sentyabr mitinqinə icazə verilmişdi, indi onlara bu cavab verilib. Açığı bu qərarı dəstəkləyirəm. Qoyun mitinq olsun, biz də iştirak edək. Vətəndaş kimi mütləq iştirak edəcəm. Nə qədər kütləvilik olsa, bir o qədər yaxşıdır. Damğa vurmalar, ittihamlar mütləq olacaq. Bizim də mitinqə icazə veriləndə eyni damğaları vurdular, ittiham səsləndirdilər. İndi baxın, nə gözəldir, hakimiyyət onların da mitinqinə icazə verir. Kaş ki, hakimiyyət bütün mitinq keçirmək istəyən qüvvələrə icazə versin. Düşünürəm ki, hakimiyyət bu məsələdə ayrı-seçkilik etməklə çalışır ki, müxalifətdaxili narazılıqlar dərinləşsin. Mən də bundan yana deyiləm”.

Müsavat Partiyasının məsələ ilə bağlı mövqeyini öyrənmək mümkün olmadı.(müsavat.com)

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam