Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırdı

 

Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırdı
Rusiya baş naziri Dmitri Medvedevin müavini Dmitri Kozak Ermənistan hökumətinə - konkret olaraq erməni həmkarı Tiqran Avinyana rəsmi məktub ünvanlayaraq, 2019-cu ildən etibarən Rusiyanın satdığı təbii qazın qiymətinin artacağını deyib.
 Yenixeber.org: Bu barədə “168 jam” qəzeti etibarlı mənbələrinə istinadən yazıb. 

Məktubda Dmitri Kozak bildirib ki, Rusiyanın sərhəddəki qazının min kubmetrinin qiyməti 215 dollar olacaq və bu qərar müzakirəyə qoyulmur. 

“Məsələ ilə bağlı biz Avinyanın özündən şərh almağa çalışdıq. Amma onun ofisinin rəhbəri Varaq Siseryan bildirdi ki, baş nazirin müavini gün ərzində bir neçə görüşdə iştirak edəcəyindən suala cavab verməyə vaxtı olmayacaq. Bununla belə, qaydalara uyğun olaraq ofis 5 gün ərzində bu sualı cavablandıracağını deyib” – qəzet yazır. 

Qeyd edək ki, hazırda Ermənistan sərhəddə Rusiya qazının min kubmetrini 150 dollara alır. İrəvan bu qiymətin daha da azaldılmasını istəyir və bunun üçün Moskva ilə danışıqlar aparır. Erməni KİV-ləri isə yazır ki, əgər razılıq əldə olunmazsa, gələn ildən Rusiya təbii qazını Ermənistana daha baha qiymətə satacaq ki, bu da erməni istehlakçıların daha çox vergi verməsi ilə nəticələnəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam