Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanın Rusiyadan aldığı qazın qiyməti artırılır

 

Ermənistanın Rusiyadan aldığı qazın qiyməti artırılır
Ermənistanın Rusiyadan aldığı təbii qazın tarif qiyməti artırılacaq.

Yenixeber.org: Ermənistan KİV-lərinə istinadla yayılan məlumatda bildirilir ki, bu ölkənin təbii qazın alınması ilə bağlı Rusiyanın “Qazprom” şirkəti ilə bağladığı müqavilənin müddəti yaxın vaxtlarda başa çatacaq. Müqavilə başa çatdıqdan sonra imzalanacaq yeni sənəddə “mavi yanacağın” qiymətlərinin artırılması nəzərdə tutulub.
Ermənistanın “Qrammark” qəzeti Rusiyadan olan ekspertlərə istinadla yazır ki, Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətləri artırılacaq. Ekspertlər bildirirlər ki, təbi qazın satışı ilə əlaqədar yeni sxem hazırlanıb. Həmin sənəddə təbii qazın qiymətinin dəyişəcəyi və artacağı barədə məlumatlar əksini tapıb. “Bu, o deməkdir ki, rəsmi MoskvaErmənistanın yeni hökumətinə etibar etmir” - deyə, ekspertlər vurğulayıblar.

Qeyd edək ki, Rusiya təbii qazı Gürcüstandan keçməklə Ermənistana çatdırılır. (AzərTAc)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam