Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bakı İrəvana 3 ay vaxt verə bilər -“Fırtına” əməliyyatı

 

Paşinyan hələ ki Azərbaycanla sülhə ümid verən heç bir fikir səsləndirməyib. Tam əksinə, onun açıqlamaları işğalın davam edəcəyini göstərir.

Yenixeber.org: Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin “Dağlıq Qarabağ: 2018-ci ilin yekunları” adlı hesabatında qeyd edilib.

Sözügedən hesabatda Qarabağ müharibəsinin başlaması ilə bağlı versiyalar irəli sürülüb:

“Bir neçə aydır cəbhə bölgəsində sakitlikdir, atəşkəsin pozulması halları minimuma enib. Bu, rəsmi Bakının Nikol Paşinyana verdiyi bir şans idi. Bakı istəyirdi ki, Ermənistanda parlament seçkisində Paşinyana problem yaratmasın. Paşinyan bundan istifadə edərək “Qarabağ klanı”nı həm hakimiyyətdən, həm də parlamentdən uzaqlaşdırdı. Rəsmi Bakı 2019-cu ilin birinci yarısında Paşinyanın Qarabağ münaqişəsinin həllində addım atmasını gözləyəcək. Belə bir addım atılmasa, bölgədə vəziyyət gərginləşəcək, Azərbaycan Ordusu fəallaşacaq”.

Hesabatda rəsmi Bakının İrəvana ultimatum verməsi ehtimalının mümkünlüyündən də bəhs edilib:

“Hazırkı regional şərait Azərbaycan üçün əlverişlidir. Rusiya-Ermənistan münasibətlərində soyuqluq hiss olunur. Rəsmi Bakı bu vəziyyətdən istifadə edə bilər. Rəsmi Bakının Nikol Paşinyana ultimatumunun mətni belə ola bilər: “Ermənistan ordusu yaxın 3 ayda Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmalıdır. Əks halda, Azərbaycan məcburi addımlar atacaq”.

Hesabatda həmçinin Azərbaycan-Ermənistan sərhədini Azərbaycan Quru Qoşunlarının deyil, Sərhəd Qoşunlarının qoruyacağı və bunun mühüm əhəmiyyət daşıdığı vurğulanıb:

“Azərbaycan Prezidentinin bu qərarından İrəvan da narahatdır. Çünki Azərbaycan sərhədə yerləşdirdiyi ordu hissələrini Dağlıq Qarabağ ətrafında cəmləşdirə bilər. Əvvəl Azərbaycan Ordusu Ermənistanla sərhədə əlavə qoşunlar yerləşdirmək məcburiyyətində idi. İndi isə bu işi sərhəd qoşunları yerinə yetirəcək.

Rəsmi Bakının bu sərtliyi müharibənin qarşısını almaq istəyən dövlətlərin Ermənistana təzyiqini artırmalıdır. İraq 1990-cı illərin əvvəllərində Küveyti işğal etdi. Bundan sonra Vaşinqton İraq lideri Səddam Hüseynə Küveyti boşaltmaq üçün vaxt verdi. Vaxt bitdikdə ABŞ “Səhrada fırtına” əməliyyatına başladı. Rəsmi Bakı bu təcrübədən faydalana bilər”.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam