Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putindən təbrik niyə gəlmədi...-Səfirin izahı və faktlar

 

Ermənistanda Nikol Paşinyanın “Mənim addımım” blokunun qələbəsi ilə başa çatan növbədənkənar parlament seçkilərindən 10 günə yaxın vaxt keçsə də Rusiya prezidenti Vladimir Putindən təbrik gəlməyib. Bu isə Ermənistan rəhbərliyini möhkəm pərt edib.

 Yenixeber.org: Jurnalistlər bunun səbəbini Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkindən soruşublar. Səfir bildirib ki, belə təbrik “dövlətlərarası protokolda nəzərdə tutulmayıb”.

“Dövlətlərarası protokol var və orada belə təbriklər nəzərdə tutulmayıb. Təbriklər ancaq təyinatın özü baş tutandan sonra göndərilir. Biz hakimiyyət strukturlarının formalaşdırılması qrafikini izləyirik, ona görə də bununla bağlı suallar meydana çıxmır”-səfir deyib.

 

Ermənistan parlament üsul-idarəçiliyinə keçdiyi üçün Nikol Paşinyan baş nazir statusunda ölkə rəhbəridir və deməli başqa ölkələrin başçıları diplomatik protokola görə onun seçkilərdə qələbəsini təbrik edə bilərdi.

Rusiya prezidentinə gəldiksə isə internet mənbələrində Putinin parlament üsul-idarəçiliyinin hökm sürdüyü başqa ölkələrdə baş nazirləri partiyasının seçkilərdə qələbəsi münasibəti ilə təbrik etdiyinə dair çoxlu rəsmi xəbərlərə rast gəlmək olar. Məsələn, Putin Yunanıstanın baş naziri Aleksis Tsiprası partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Rusiya prezidenti İsrailin və Yaponiyanın baş nazirlərinə də analoji təbriklər göndərib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam