Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Makron ittiham edilir-Strasburqdakı hücumda

 

Makron Strasburqdakı hücumda ittiham edilir
Ötən gün Strasburq şəhərində baş verən silahlı insidentin Fransa rəhbərliyi tərəfindən təşkil olunduğu deyilir. 

 Yenixeber.org: Belə sensasion iddia ilə Fransada günlərlə davam edən "sarı jiletlilər" aksiyasının fəalları çıxış ediblər.
Onlar hesab edirlər ki, Fransa prezidenti Emmanuel Makron "sarı jiletlilər"in şənbə gününə planlaşdırdığı kütləvi aksiyaya kölgə salmaq, etirazların qarşısını almaq üçün insanların ölümünə səbəb olan hadisəni təşkil edib. 

Bu variantın nə qədər reallığa uyğun olub-olmağı bilinməsə də, "sarı jiletlilər"in gündəmə gətirdiyi iddia sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. 



Qeyd edək ki, ötən axşam Strasburqda 4 nəfərin ölümü ilə nəticələnən silahlı insidentlə əlaqədar aparılan istintaq çərçivəsində Fransanın hüquq-mühafizə orqanları 4 şübhəlini saxlayıb. Lakin Strasburqda Milad yarmarkasına atəş açan və polislə qarşıdurmada yaralandıqdan sonra hadisə yerindən uzaqlaşan başlıca cinayətkar - 29 yaşlı Şərif Şerkati hələ də tapmaq mümkün olmayıb. 

Onun axtarışına Fransa hüquq-mühafizə orqanlarının 350-dən çox əməkdaşı cəlb olunub. Prokurorun sözlərinə görə, cinayətkar indiyədək 27 dəfə məhkum olunub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam