Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ali məktəblərə qəbul olanların NƏZƏRİNƏ

 

Ali məktəblərə qəbul olanların NƏZƏRİNƏ

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri daxil olmaqla avqustun 28-dək aparılacaq.

Yenixeber.org: Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 28‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının qərarına əsasən, 22-23 avqust 2018-ci il tarixlərinin qeyri-iş günləri olduğu nəzərə alınaraq, bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatını aparan komissiyaların 25-26 avqust (şənbə və bazar günləri) tarixlərində də fəaliyyət göstərməsi təmin ediləcək.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam