Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Moskva Paşinyana öz yerini göstərir” –Politoloq

 

“Moskva Paşinyana öz yerini göstərir” – Politoloq

Ermənistanın sərt şəkildə Rusiyanın üzərinə gedəcəyi inandırıcı deyil.

Yenixeber.org: Ermənistanın media qurumları və hakim siyasi çevrələrində Rusiyaya qarşı başladılımış kampaniyaya münasibət bildirən Arzu Nağıyev belə deyib.

Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun istefa tələbindən və İrəvanın Rusiyaya qarşı qeyri-konstruktiv mövqe sərgiləməsindən sonra ikitərəfli münasibətlərin gərginləşəcəyi gözlənilən idi:

“Baş nazir Nikol Paşinyanın dekabrda keçiriləcək parlament seçkilərindən əvvəl Rusiya əleyhinə etdiyi çıxışlar və bir sıra məsələlərlə bağlı Moskvaya qarşı irəli sürülümüş tələblər də gərginliyin çəkisini artırır.

Digər yandan, İrəvandan Fransaya qarşı səsləndirilən bəyanatlar göstərirdi ki, Ermənistan rəhbərliyi Rusiyaya qarşı da ritorikasını sərtləşdirəcək. Lakin Rusiya da sakit dayanmır. Rusiya öz media qurumlarının imkanlarından istifadə edərək, Paşinyanı yerində oturtmaq üçün addımlar atır.

Rusiya Ermənistan rəhbərinə kimin hansı yerdə dayanmalı olduğunu göstərməyə çalışır”.

Arzu Nağıyev Paşinyanın Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmaq səylərinin sakit qarşılanmayacağını düşünür: “Bütün hallarda Ermənistan və Rusiya müttəfiqdir. Əgər Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində konstruktiv addımlar atılmırsa, inandırıcı görünmür ki, Moskva bu kampaniyaya görə İrəvana qarşı kəskin addımlar atacaq. Amma o məlum məsələdir ki, Rusiya Paşinyanı yerinə oturtmaq cəhdlərini davam etdirəcək”.(teleqraf)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam