Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Ermənistanda daxili müharibənin yeni mərhələsi başlayır" -POLİTOLOQ

 

"Ermənistanda daxili müharibənin yeni mərhələsi başlayır" - POLİTOLOQ

"Bu gün Paşinyan Respublikaçılarla düzgün mübarizə apara bilmir. O bilir ki, Parlamentdə onu dəstəkləməyən qüvvələrin sayı çoxdur. Və bu səbəbdən o, yenidən xalqı küçələrə salaraq parlament binasını blokadaya alıb”.

Yenixeber.org: Bu sözləri politoloq Fikrət Sadıqov Ermənistandakı son olayları şərh edərkən deyib.

O bildirib ki, Paşinyanın tərəfdarları Respublikaçılarla müqayisədə azdır:

“Parlament binasını blokadaya alan xalq respublikaçıların Parlamentdən çıxışına imkan vermir. Paşinyan özü onları əks-inqilabçılar adlandırır. Əlbəttə ki, bu, olduqca mürəkkəb və öz-özlüyündə çox ciddi fəsadlar yarada biləcək daxili siyasi vəziyyətdən xəbər verir. Məsələ burasındadır ki, maydan vasitəsilə hakimiyyətə gələn Paşinyan parlamentin respublikaçılardan ibarət olmasını, onların üstünlüyünü azalda bilmədi. Bu gün həmin deputatlar da öz maraqlarını müdafiə etmək üçün müxtəlif vasitələrdən istifadə edəcəklər. Paşinyan özü ciddi bir addım atmasa, respublikaçılara qarşı düzgün istiqamət seçməsə, onun məğlubiyyəti qacılmaz olacaq. Amma bu, artıq o deməkdir ki, Ermənistanda daxili qarşıdurmanın yeni mərhələsi başlaya bilər. Düşünürəm ki, Ermənistanın bugünkü vəziyyəti ilə əlaqədar sadəcə bir proqnoz vermək olar: o da Paşinyanın öz tərəfdarlarını bir araya toplayaraq mitinq edib, yenidən parlamentə qarşı aksiyalara sövq etməsi. Görünən budur ki, yaxın günlərdə xalq yenidən küçələrdə Paşinyanın bəyanatları istiqamətində aksiyalara başlayacaq. Əsas rəqiblər isə bu gün Ermənistan Parlamentində çoxluq təşkil edən Respublikaçılardır. Bununla yanaşı, onu da görürük ki, Paşinyanı dəstəkləyən Daşnaksütyun Partiyasını təmsil edən nazirlər də istefa verib. Ona görə bu, birmənalı şəkildə böhran deməkdir. Böhran vəziyyəti isə parlament seçkiləri keçiriləcək günə qədər davam edəcək”.(publika)

Könül Cəfərli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam