Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Məncə, bu, yanlış fikirdir"

 

91c67eccdda9a08772dc13a5b8402fab

     “Müsavat Partiyası qurultayının nəticələri, qərarları ilə razılaşmayan, bu məsələdə Nizamnaməni pozan insanların növbədənkənar qurultay üçün imza toplamaq cəhdləri hələlik sözdən başqa bir şey deyil”.

   "Xeberinfo.com": Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini, partiyanın Məclis üzvü Gülağa Aslanlı deyib.

    Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarlarının növbədənkənar qurultayın keçirilməsi və fraksiya yaradılması təkliflərinin dəyərləndirilməsi məqsədilə İşçi Qrupu yaratmasına münasibət bildirən G. Aslanlı qeyd edib ki, Müsavat Partiyasının daxilində fraksiya yaradılması Nizamnaməyə ziddir: “Bəzi şəxslər siyasi partiyanın Nizamnaməsi ilə ölkə qanunlarının fərqini anlamaqda çətinlik çəkirlər. Ona görə də bildirirlər ki, guya qanunla qadağan olunmayan şeylərə icazə verilir və bunu siyasi partiyanın Nizamnaməsinə də tətbiq etmək olar. Məncə, bu, yanlış fikirdir. Ümid edirəm ki, fraksiya yaratmaq istəyən insanlar bunun yanlış olduğunu dərk edib, iddialarından əl çəkəcəklər. Fraksiya yaradılacaqsa, partiya rəhbərliyi Nizamnaməyə zidd olan bu addımın qarşısını alacaq. Çünki partiyada hər iş Nizamnaməyə uyğun olmalıdır”.

G. Aslanlı yeni qurultayın çağırılmasına cəhd edənlərin məğlub olacağını vurğulayıb: “Mən bu məsələnin baş tutacağına böyük ehtimal vermirəm. Baş tutacaqsa, onlar qurultayın nəticələrini təftiş edəcəklərsə, uduzacaqları göz qabağındadır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam