Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Narazılar yeni başqanı qəbul etmirlər”

 

Gulaga

    Müsavat Partiyasının qurultayından uzun vaxt keçsə də, partiya daxilindəki ziddiyyətlər səngimir.

     "Xeberinfo.com": Başqanlıq seçimində Arif Hacılının qələbəsini qəbul etməyənlər hələ də öz iddialarında qalır, partiya daxilində yeni bir struktur yaratmağa çalışırlar.

     Belə demək mümkünsə, partiyada kimsənin sözü o birinin boğazından keçmir. Arif Hacılı görüşlər təyin etsə də, narazı qüvvələr bunu qəbul etmirlər. Başqanlığa keçmiş namizəd Səxavət Əlisoyun partiyadan çıxarılması, Əlövsət Talışxanlı ilə Hikmət Hacızadənin istefa vermələri isə Müsavatda vəziyyətin hələ uzun müddət gərgin olacağından xəbər verir.

    “Başqanlıq seçimlərindən narazı qalan insanlar heç bir təklifi qəbul etmirlər. Onlar partiya başqanının, rəhbərliyin təşkil etdikləri görüşlərə gəlmirlər. Guya, yeni bir struktur kimi görünə biləcək fraksiya yaratmaq fikrindədirlər. Onların sonuncu tədbirlərindən belə görünür. Amma bu fəaliyyətləri nizamnaməyə ziddir”.

    Bunu Modern.az-a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

    Onun sözlərinə görə, Müsavat tarixən özünün nizamnaməsi əsasında fəaliyyət göstərib:

     “Bundan sonra da hər şey birmənalı olaraq nizamnaməyə uyğun həyata keçiriləcək. Narazı qüvvələr başqanın və digər vəzifələrə seçilənlərin təyinatını qəbul etmək istəmirlər. Onlar başqa yol seçiblər. Lakin onlar nizamnamə çərçivəsində hərəkət etməlidirlər. Onlar fraksiya yaratmaq istəkləri də nizamnaməyə ziddir”.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam