Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan Qarabağda protektoratlığın tərəfdarına vəzifə verdi

 

Paşinyan Qarabağda protektoratlığın tərəfdarına vəzifə verdi
Ermənistanın baş naziri Nikol Paşinyan özünə baş məsləhətçi təyin edib.

 Yenixeber.org: Erməni mətbuatı xəbər verir ki, Paşinyan imzaladığı sərəncamla bu vəzifəyə Arsen Qasparyan təyinat alıb.
Qeyd edək ki, siyasi elmlər namizədi olan Arsen Qasparyan bunadək Ermənistanın Vyanadakı beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyinin məsləhətçisi vəzifəsində çalışıb.

A.Qasparyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tam müstəqillikdən başqa, bir neçə variantın tərəfdarı kimi tanınır. Münaqişənin həllinə dair onun təkliflərinə Dağlıq Qarabağın suverenliyinin qorunub saxlanılması, lakin beynəlxalq münasibətlərdə məhdud subyektlik şərtilə Qarabağla Azərbaycan arasında müxtəlif növ assosiasiyanın yaradılması daxildir. Yəni Lixtenşteyn və San Marino nümunəsində.

Qasparyan həmçinin, münaqişənin tam həllinədək Qarabağda bir neçə dövlətin birgə, yaxud yalnız bir dövlətin protektoratlığının yaradılmasını uyğun hesab edir. Tək bir dövlət dedikdə isə o, Rusiyanı nəzərdə tutub. Onun fikrincə, bu yolla Rusiya regionda möhkəmlənə, həm də beynəlxalq təhlükəsizliyə töhfə verə bilər

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam