Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə «BRİKS»-ə üzv olmaq istəyir– Ərdoğan alyans liderlərinə çağırış edib

recep_erdogan_100317

 Türkiyə KİV-lərinin verdiyi xəbərə görə, Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan Yohannesburq şəhərində keçirilən «BRİKS» sammitinin gedişində Türkiyənin bloka üzv olmasına razılıq verilməsi üçün alyans liderlərinə çağırış edib.

Yenixeber.org: Bu barədə «Hurriyet Daily News» qəzeti yazıb.

«Mən dedim ki, əgər bizi alyansa qəbul etsəniz, blok «BRİKST» adlanacaq» – deyə, Ərdoğan iyulun 27-də jurnalistlərə bəyan edib. Sonra əlavə edib ki, BRİKS üzvləri onun təklifini alqışlayıblar.

«Biz, bu 5 ölkə ilə birlikdə G20-yə daxilik, mən istərdim ki, onlar bizi qəbul etmək üçün vacib addımları atsınlar və biz, BRİKS-də öz yerimizi tutaq» – deyə, prezident bildirib.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiyanın Prezidenti Vladimir Putin BRİKS ölkələrinin sayının artırılmasının planlaşdırılmadığını bildirib, ancaq onu da qeyd edib ki, BRİKS ölkələrinin liderləri perspektivdə iştirakçıların sayının artırılmasını istisna etmirlər. O, əlavə edib ki, BRİKS-ə daxil olmaq istəyən namizədlər istək nümayiş etdirirlər, amma bütün həmkarlar buna ehtiyatla yanaşırlar. Rusiya Prezidentinin sözlərinə görə, «təşkilat açıqdır», amma yeni üzvlərin birləşmə məsələsi «əlavə işləmələr» tələb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam