Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AXCP-dən istefa verən 52 nəfər KXCP-yə getdi

 

 

 

     “Azərbaycan Xalq Cəbhəsi Partiyasını tərk edən 52 nəfər Klassik Xalq Cəbhəsi Partiyasına (KXCP ) üzv olmaq üçün ərizə ilə müraciət edib”. 

 

    "Xeberinfo.com": Bunu aznews.az-a açıqlamasında KXCP-nin sədr müavini Xəzər Teyyublu bildirib.O, vurğulayıb ki, 52 nəfərin ərizələrinə yaxın günlərdə baxılacaq: “Mənə partiyamızın Sumqayıt şəhər şöbəsindən bildirdilər ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasını tərk edənlər bizim partiyaya ərizə ilə müraciət edib. Mən də dərhal göstəriş verdim ki, kim bizə müraciət edirsə, siyasətlə məşğul olmaq istəyirsə, öz siyasi fəaliyyətini Klassik Xalq Cəbhəsi Partiyasına uyğun bilirsə, konkretləşdirib ərizələrini qəbul edin. Burada faciə görmürəm. Onlar artıq bizim partiyaya bəyanatla müraciət edib. Dedim ki, anketləşdirib, məsələni həll edin”.

X.Teyyublu onu da əlavə edib ki, KXCP-yə üzv olacaq 52 nəfərin kimliyi yaxın zamanda açıqlanacaq.

Qeyd edək ki, AXCP-nin Sumqayıt şəhər təşkilatından 52 nəfərin istefa verilməsi barədə məlumatı partiyanın Sumqayıt şöbəsinin sabiq sədri Kəmaləddin Rəhimov yayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam