Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mirmahmud Mirəlioğlunun namizədliyi qeydə alınmadı

 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun noybarın 1-də Milli Məclisə keçriləcək seçkilərdə deputatlığa namizədliyi qeydə alınmayıb.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə məlumatı AzNews.az-a 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin sədri Həsən Məmmədov verib. O bildirib ki, Mirmahmud Mirəlioğlunun dairəyə təqdim etdiyi sənədlərdə bir çox problemlər olub və bu səbəbdən onun namizdəliyi qeydə alınmayıb.

Qeyd edək ki, Mirmahmud Mirəlioğlu namizədliyini “Azadlıq-2015” blokundan, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən verib.

Məlumat üçün bildirək ki, Yeni Azərbaycan Partiyası həmin dairədən hazırkı deputat Muxtar Babayevin namizədliyini verib.

Klassik Xalq Cəbhəsi Partiyası sədr Mirmahmud Mirəlioğlunun qeydə alınmaması məsələsinə aydınlıq gətirib. Partiyanın sədr müavini Xəzər Teyyublu bildirib ki, hazırda 43 saylı Sumqayıt Üçüncü Seçki dairəsində bu məsələ araşdırılır:“Məsələ hüquqi cəhətdən araşdırılır. Bu məsələ ilə bağlı məhkəmələrə müraciət edəcəyik. Mirmahmud Mirəlioğlunun bütün imzaları doğrudur, amma niyə qeydə almayıb onu bimirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam