Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Həbsdən çıxan gömrük rəisi yenidən Türkiyəyə gedib

 

img1534008

 

 

 

 

Mirməhəmməd Seyidova gömrük sistemində vəzifə vəd olunduğu bildirilir

  "Xeberinfo.com": Türkiyə polisinin ötən ilin dekabrında keçirdiyi əməliyyat zamanı həbs olunan Sədərək gömrük məntəqəsinin rəisi, gömrük xidməti polkovniki Mirməhəmməd Seyidov yenidən Türkiyəyə gedib. Məlumata görə, sabiq gömrük rəisi qonşu dövlətə müalicəyə yollanıb. Onun yaxın ətrafından verilən məlumata görə M.Seyidova gömrük sistemində işlə təmin olunacağı vədi verilib.

M.Seyidov ötən il dekabrın 17-də Türkiyədə həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatları zamanı həbs olunub. O, Bakı vaxtı ilə saat 15:30-da İstanbul-Qars reysi ilə uçarkən Qarsda təyyarədən enəndə qandallanmışdı. Əməliyyat zamanı 7 gömrük işçisi və 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər həbs edilmişdi. Sonradan onlardan 4-ü azadlığa buraxılıb. 2013-cü il dekabrın 18-də Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən verilən açıqlamada Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılmasına münasibət bildirilmiş, onun Türkiyəyə hansı məqsədlə getdiyi açılqanmışdı. DGK tərəfindən verilən açıqlamada M.Seyidovun məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il, dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə getdiyi deyilirdi: “Mirməhəmməd Seyidov 2013-cü il, dekabrın 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars hava limanında polis tərəfindən saxlanılıb”. DGK M.Seyidovun Türkiyədəki “böyük rüşvət əməliyyatları”nda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edildiyini bildirmişdi.

Lakin sonradan məlum oldu ki, M.Seyidov Qars gömrük məmurlarına rüşvət verilməsi, qaçaqmalçılıq və korrupsiya cinayətlərinə görə saxlanılıb.

Bu həbsdən sonra Türkiyə mətbuatında yer alan məlumatlardan aydın oldu ki, Türkiyə Əmniyyət Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyinin əməliyyatçıları Mirməhəmməd Seyidov da daxil olmaqla Naxçıvanla sərhəddəki gömrük məntəqəsində işləyənləri bir ilə yaxın izləyib. Türk xəfiyyəsi həbs olunanların telefon danışıqlarını dinləyir və hərəkətlərini nəzarətdə saxlayırmış.

Sonrakı araşdırmalardan sonra isə M.Seyidovun Türkiyədən Naxçıvana və geriyə mal daşıyan TİR sürücülərinin şikayətləri əsasında həbs edildiyi aydın oldu. Dilucu sərhəd-keçid məntəqəsinin hər iki tərəfində, yəni Naxçıvan və Türkiyə gömrük postlarında rüşvət və qaçaqmalçılığı ortaya çıxarmaq üçün türk polisinin telefon danışıqlarını izləməsi zamanı maraqlı fakt ortaya çıxmışdı. Belə ki, qaçaqmalçıların telefonlarının dinlənilməsi riskindən çəkinərək Mirməhəmməd Seyidovla rüşvət danışıqlarını sərhədi keçən yük maşınları sürücülərinin cib telefonları ilə apardıqları üzə çıxmışdı.

Telefon danışıqlarında tərəflər parollarla danışırmış. Məsələn, türk məmurun M.Seyidovla mobil telefonla danışanda “Qarnım ağrıyır, mənə dərman göndər” deyə “pay” istədiyi, Seyidovun isə onlara “Qarnının ağrısı üçün dərman göndərdim” deyə cavab verdiyi məlum olmuşdu. Həmin əməliyyatlar zamanı tutulanlar sırasında tanınmış iş adamı Rza Zərrab da vardı. Sonradan onu da azad etmişdilər. Türkiyə Prokurorluğu ittihamdan imtina etmişdi. Prokurorluğun bu addımının siyasi çəkişmələrin nəticəsi olduğu da bildirilirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam