Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putin:“Rusiyada sosial şəbəkələr bağlanmayacaq"

 

 “Rusiyada heç kim sosial şəbəkələri bağlamağa hazırlaşmır”


Yenixeber.org:  Bunu prezident Vladimir Putin "canlı yayım" vaxtı rusiyalı bloqqerlərin “İnstagram” və “YouTube”nin bağlanması haqqında yayılan xəbərlərlə bağlı müraciətlərini şərh edərkən deyib.
“Biz heç nəyi bağlamağa hazırlaşmırıq”, - deyən Vladimir Putin "Telegram”la bağlı vəziyyəti dəqiqləşdirib. O, bildirib ki, 2017-ci ildə Peterburqda terror aktı baş verən zaman xüsusi xidmət orqanları terrorçuların sosial şəbəkədə yazışmalarını izləməyi çatdıra bilmirmiş: “İlk növbədə təhlükəsizlik məsələləridir. Mən təhlükəsizlik orqanlarında işləmişəm. Qadağan etmək asan, həll yolunu tapmaq mürəkkəbdir”.
O etiraf edib ki, azadlığın məkanını, o cümlədən interneti məhdudlaşdırmadan terrorçuluğa qarşı mübarizənin müasir vasitələrindən istifadə etmək vacibdir.
Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bu il mayın sonunda bildirmişdi ki, terror aktlarının törədilməsinə yardım etdiyi üçün “Telegram”ı bağlamaq lazımdır. Onun sözlərinə görə, terrorçular 2017-ci ilin aprelində Peterburq metrosundakı terrorda bu şəbəkədən istifadə ediblər. Həmin terror aktı nəticəsində 16 nəfər ölmüş, 50-yə yaxın insan xəsarət almışdı. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam