Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

İvanişvili Azərbaycana qarşı

49451

Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili İran qazının böyük ehtimalla Gürcüstana nəql ediləcəyini bildirib.

Xeberinfo.com:   Məlumata görə, “Gürcü arzusu” koalisiyasının banisi İranla möhkəm ticarət əlaqələrinin formalaşmasının Gürcüstan üçün zəruri olduğunu qeyd edib.
İvanişvili həmçinin İranla yanaşı Çin və Rusiyanın da Gürcüstan üçün böyük iqtisadi əhəmiyyət kəsb etdiyini qeyd edib.
“Təxminən iki həftə əvvəl mənim səfirlərlə görüşüm oldu. Biz hökumət üzvləri ilə birgə iqtisadiyyatla bağlı fəal işləyirik. Heç nəyi idarə etməsəm də, iqtisadiyyatla əlaqəli olan hər məsələdə iştirak edirəm”, – deyə sabiq baş nazir bildirib.
O, İranla möhkəm və dərin ticarət əlaqələrinin qurulmasının əhəmiyyətini qeyd edib. Milyarder məsələnin detallarını açıqlaya bilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, əvvəlcə hökumət bu haqda ictimaiyyətə açıqlama verməlidir. İvanişvillinin sözlərinə görə, o özü danışıqlarda sahibkar kimi iştirak edir.
Onun fikrincə, Gürcüstan İrandan təbii qazı almağa başlayacaq. “Bilin ki, İran, Çin və həmçinin Rusiya bizə mütləq lazımdır. Əgər İran qazı Gürcüstan bazarına daxil olsa, çox maraqlı olardı. Düşünürəm ki, böyük ehtimalla, bu, belə də olacaq”.


Gürcüstanın baş nazirin müavini, energetika naziri Kaxa Kaladze

Keçən ay açıqlama verən Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze Gürcüstanın Rusiyadan daha çox təbii qaz əldə etmək niyyətində olduğunu qeyd etmişdi. Azərbaycanın Gürcüstanı təbii qazla ən çox təmin edən ölkə olduğunu deyən Kaladzenin sözlərinə görə, Azərbaycandan qazın tədarükündə bır sıra problemlər mövcuddur. Nazir bildirmişdi ki, əgər Gürcüstan Rusiyadan daha çox təbii qaz əldə etsə və belə olan təqdirdə bu istiqamətdə Azərbaycanla Rusiya arasında rəqabət yaransa, bu daha müsbət nəticələr verəcək.


“Şahdəniz Mərhələ 2″ xəritədə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam