Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan xarici siyasət prioritetini açıqlayıb

 

pasinyanBu gün Rusiya Dövlət Dumasının deputatları ilə görüşən Ermənistan müxalifətinin lideri Nikol Paşinyan xarici siyasətdə prioritetini açıqlayıb.

Yenixeber.org: “RİA Novosti”nin verdiyi məlumata görə, Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri müavini Viktor Vodolatskiy N. Paşinyanın xarici siyasətdə prioritetinin Rusiya ilə münasibətlər olacağını bəyan etdiyini bildirib.

V. Vodolatskiy deyib ki, N. Paşinyan Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Ermənistan sərhədlərinin rusiyalı hərbçilər tərəfindən qorunmasının tərəfdarı olduğunu qeyd edib.

Qeyd edək ki, aprelin 13-də başlayan etiraz aksiyaları nəticəsində baş nazir Serj Sərkisyan istefa verib. Aprelin 25-də Daşnaksütun Partiyası Respublika Partiyası ilə formalaşdırılan hakim koalisiyadan çıxdığını elan edib. Parlament mayın 1-də yeni baş naziri seçməlidir. Dünən hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. Artıq bir neçə partiya N. Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyə hazır olduğunu bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam