Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nikol Paşinyan:“Biz Azərbaycanla danışıqları da belə aparacağıq?”

 

 

Yenixeber.org: Ermənistanda müxalifət lideri Nikol Paşinyan baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanın onunla jurnalistlərin qarşısında danışıqlar aparmaqdan imtina etməsini hakim Respublika partiyası daxilində hökm sürən çaxnaşma ilə izah edib. Paşinyan çoxsaylı jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransında deyib: “Bu o deməkdir ki, Respublika partiyasında tam çaxnaşma hökm sürür, çünki ötən gün onlar elan ediblər ki, danışıqlara hazırdırlar. Heç bir şərt qoymadan. Bu gün isə gördüyünüz kimi, Karapetyanın yerində mənim çantam dayanıb”.

Paşinyana görə Karapetyanın görüşdən imtinası özünə inamın olmaması ilə bağlıdır. “Fikrimcə onlar özlərinin danışıqlar aparmaq gücünə inanmırlar. Əgər adam ölkə daxilində öz potensialına əmin deyilsə Qarabağa dair danışıqları necə aparacaq? Biz Azərbaycanla danışıqlarda da belə situasiya ilə qarşılaşacağıq” - o deyib.

Paşinyan əlavə edib ki, o hakimiyyətlə bağlı qapılar arxasında danışıqlar aparmaq niyyətində deyil. “Kimsə izah edə bilər ki, nəyə görə mən danışıqları bağlı qapılar arxasında aparmalıyam? Bizim “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyası ilə qapalı danışıqlarımız olub, çünki onlar siyasi münaqişənin tərəfləri deyillər. Əgər açıq format qəbuledilməzdirsə qoy Karapetyan gəlib izah etsin ki, niyə?” - Paşinyan bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam