Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Sən adını Müsavat tarixinə “saxtakar başqan” kimi yazdırdın”

 

Sexavet 3

     Müsavat Partiyası başqanlığına sabiq namizəd Səxavət Əlisoy partiya başqanı Arif Hacılını sərt şəkildə tənqid edib.

     "Xeberinfo.com": S. Əlisoy özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində partiya qurultayının nəticələrini tanımadığını və A. Hacılının başqanlığını qəbul etmədiyini yazıb. O, sosial şəbəkə vasitəsilə A. Hacılıya müraciət edib:

    “Qurultayın nəticələrini tanımıram və bu, o deməkdir ki, nə sənin başqanlığını, nə Divanını, nə Məclisini, nə də MNTK-nı legitim hesab edirəm.

      Qurultayın nəticələrini tanımayan hansı müsavatçının partiyadan kənarlaşdırılacağı, kimlərin töhmət, yaxud, şiddətli töhmət alacağı barədə qərarın kim tərəfindən verildiyini, “divanınızın” hansı kabinetdə keçirildiyini də bilirik və bunu dostlarla 5 gün əvvəl ciddi müzakirə etmişik.

     Sən adını Müsavat Partiyası tarixinə “saxtakar başqan” kimi yazdırdın, partiyanın demokratik imicinə böyük zərbə vurdun və indi bizlərin əsas vəzifəsi Müsavat Partiyasını bu anormal durumdan xilas etməkdən ibarətdir.

     Sən saxtakarlıqdan narazı olanlara istənilən cəzanı verə bilərsən və bu, o anlama gələ bilməz ki, səni qəbul etməyənlər susmağa vadar olacaq, əmin ol, belə bir şey baş verməyəcək, nədən ki, hədəfin növbədənkənar qurultay olması barədə mübarizəyə start verilib. Sən və tərəfdarların heç bir zaman Müsavatda söz azadlığının, plüralizmin qarşısında sipər ola bilməz. Unutma, indi 1937 yox, 2014-ci ildir”.

    Xatırladaq ki, noyabrın 11-də Müsavat Partiyasının Divanı partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Divanın noyabrın 17-də keçiriləcək növbəti iclasına dəvət olunub. S. Əlisoy Divana getməyəcəyini bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam