Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İstefa qaçılmazdır, Arif Hacılı!“

 

Müsavat Partiyasının daha bir sabiq namizədi etirazlarla dolu təkliflər irəli sürüb. 


  "Xeberinfo.com": Məlumata görə, Səxavət Əlisoy özünün facebook hesabında qeyd edib ki, Müsavat son 22 ildə ilk dəfə olaraq çox acınacaqlı duruma düşüb və bunu görməmək, sadəcə, siyasi korluqdur: “Arif Hacılı, saxtakarlığı etiraf et və Müsavatın parçalanmaması üçün istefa ver!

Bu qurultaydakı saxtakarlığın miqyası VII qurultayda baş vermiş saxtakarlıqla müqayisəyə gəlməz. 2006-cı ildə saxtakarlığı ört-basdır etmək mümkün oldu. Nədən ki, saxtakarlar Başqanın səsləri hesablanan zaman yox, Məclis üzvlərinin səsləri sayılarkən yaxalanmışdı”.

O əlavə edib ki, yüzlərlə müsavatçı etiraza qalxıb: “VIII qurultayda səslərin sayılmasına qədər baş verən anormallıqlara rəğmən bu gün onlarla yox, yüzlərlə müsavatçı etiraz səsini qaldırır, sosial şəbəkələrdə, mətbuatda ikitirəlik günü-gündən şiddətlənir. Müsavatın reytinqinə, nüfuzuna çox ciddi zərbə dəyib”.

S.Əlisoy qeyd edib ki, əslində, bu proses gözlənilən idi: “İllərlə Müsavat funksionerləri arasında baş verən intriqaların qarşısını yalnız və yalnız İsa Qəmbər alırdı. 

Saysız-hesabsız saxtakarlıq faktlarını tirajlayan çox sayda müsavatçı Arif Hacılını başqan kimi tanımadığını bəyan edir. Legitimliyi şübhə altında olan bir kəsin partiya başqanı kimi fəaliyyətinə davam etməsi Müsavatdakı gərginliyi daha da artıracaq. Bu vəziyyətdən yeganə xilas yolunu Arif Hacılının istefasında görürəm. 

Ortada Müsavatın taleyi dayanır, partiyanın monolitliyi naminə istefa qaçılmazdır, Arif Hacılı!

Əminəm ki, müsavatçılar toparlanıb tam demokratik, şəffaf yolla özlərinə yeni başqan (keçmiş namizədlər istisna olmaqla) seçə bilər. Və bununla da partiya “saxtakarlıq” damğasından xilas olar”. 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam