CON BOLTON ƏLEYHİNƏ 10 DƏLİL:Tramp öz müşavirini bığlarına görə sevmir - TƏHLİL
Medea Bencamin
“AlterNet” (ABŞ)
Gülməli sözləri deyil: Con Bolton – müharibə təhrikçisidir və onun Donald Trampın milli təhlükəsizlik məsləhətçisi təyin olunması qlobal təhlükəsizlik üçün təhlükədir. Bolton təhdidləri şişirtdirən, diplomatiyaya – hörmət, beynəlxalq qurumlara – ehtiram göstərməyən xarici siyasəti müdafiə edir və zorakılığı dəstəkləyir. Milli təhlükəsizlik məsləhətçisinin mövqeyi Senatın təsdiqinə ehtiyac duymur, buna görə də, aprelin 9-dan başlayaraq bütün quzğunların şahzadəsi Ağ Evdəki taxtına çıxacaq.
Yenixeber.org: Nə üçün Boltona qarşı çıxmalıyıq? Budur bəzi nümunələr. Öz dəlillərinizi də əlavə edin.
1. Bolton İranla nüvə razılaşmasını tar-mar etmək və… İranı bombalamaq istəyir. Bolton ABŞ və İran deyil, həm də Obamanın müşahidəsi altında İngiltərə, Fransa, Almaniya, Çin, Rusiya və Aİ tərəfindən imzalanan nüvə razılaşmasına nifrət edir. Müqavilə işlək olsa da, hətta müdafiə naziri Cim Mattis də sazişin milli maraqlarımıza cavab verdiyini söyləsə də, Bolton İranla razılaşmanı böyük strateji səhv sayır. Mayın 12-də Trampın İranın müqaviləni yerinə yetirdiyini təsdiqləməsi tələb olunduqda, Bolton daha böyük beynəlxalq böhran törətməklə, ABŞ-ın razılaşmadan çıxmasına təkan verəcək. Milli İran-Amerikan Şurasının sədri Trita Parsi deyir: "İnsanlar, bunu çox aydın şəkildə bilməlisiniz: Boltonun təyin edilməsi əslində, İrana müharibə elan etməkdir".
2. Bolton 2012-ci ilə qədər ABŞ tərəfindən xarici terror təşkilatı olaraq tanınan və hələ də İran daxilində terror təşkilatı sayılan “Mocahedin-e Xəlq” (MEK) adlı terror təşkilatı ilə “eyni yataqda”dır. Bolton amerikalı əsgərlərin öldürülməsi, ABŞ səfirinin qaçırılması cəhdi və İran daxilində bir çox zorakılıq hücumuna cavabdeh olan qrupdan ödənişlər qəbul edir və onlarla təmasda olur. Bolton MEK-i İran hökumətini devirmək istəyən "canlı müxalifət" hesab edir. Hakimiyyətdə olan Boltonla İranın ən nifrətamiz kultlarından biri ABŞ hökuməti tərəfindən İran xalqının qanuni nümayəndəsi kimi nəzərdən keçiriləcək.
3. Bolton Şimali Koreya ilə danışıqları təhlükə altına alacaq. May ayına qədər, Kimin Trampla görüşəcəyi açıqlanandan, dünya rahat nəfəs alıb. Amma Boltonla bu görüş heç vaxt baş verməyəcək və ya fəlakətli ola bilər. Bolton deyir: "Şimali Koreya ilə ünsiyyət yalnız boşuna vaxt sərf etməkdir. Müzakirələr diktaturanı qanuniləşdirərək, nüvə və ballistik-raket qabiliyyətlərini artırmaq üçün Şimali Koreyaya daha çox möhlət verəcək”. Bolton danışıqlar əvəzinə, ABŞ-ı Şimali Koreyaya qarşı nüvə müharibəsinə səbəb ola biləcək qəfil hücuma çağırır.
4. Bolton Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq hüquqa nifrət edir. Corc Buş 2005-ci ildə Boltonu BMT səfiri təyin edərkən, respublikaçılarının nəzarətində olan Senat belə onun ziddiyyətli, mübahisəli şəxs olduğunu sübut etdi, buna görə də Konqres tətildə olduğu zaman təsdiqləndi. BMT-ni tənqid etmək bir yana, lakin Bolton onun varlığına qarşı çıxır. "Birləşmiş Millətlər Təşkilatı kimi bir şey yoxdur, – deyərək əlavə edib: – Əgər BMT-nin Nyu-Yorkdakı Katibliyinin binası 10 hektarlıq ərazi itirsə, bu əsla əhəmiyyətli olmayacaq". Bundan əlavə, o, beynəlxalq hüquq konsepsiyasına düşməndir və bir dəfə bildirib: "Bizim qısa müddətli maraqlarımıza uyğun olsa belə, beynəlxalq hüququn hər hansı bir müddəasını təmin etmək bizim üçün böyük bir səhvdir, çünki uzunmüddətli perspektivdə beynəlxalq hüquq həqiqətən, Birləşmiş Ştatların əl-qolunu bağlamaq istəyən hər şey deməkdir".
5. Bolton İraq müharibəsinin əsas təhrikçisi idi və heç bir təəssüf keçirmir. O, (Dik Şeyni və Donald Ramsfeld ilə birlikdə) İraqın işğalına israr edən şəxs idi. Buşun prezidentliyi dövründə ABŞ dövlət katibinin Silahlara Nəzarət İdarəsi üzrə müavini idi və 2003-cü ilin mart ayında işğalın baş verməsinə gətirib çıxaran kütləvi qırğın silahları haqqında “sübutlar”ın siyahısını hazırlamışdı. Üstəlik hələ də yaxşı bir fikir olduğunu təkid edən müharibənin müdafiəçilərdən biridir.
6. Bolton Kuba haqqında yalan məlumat verib. Dövlət katibinin müavini Bolton Havananın bioloji silahları inkişaf etdirməyə çalışdığını və onları eybəcər rejimlərə satdığını iddia edib. Sonra yanlış iddialarına etiraz edən iki kəşfiyyat analitikinə hücum etməyə çalışıb. Bolton, həmçinin Kubaya qarşı daha sərt güclü sanksiyaların tətbiq olunmasını və Kubanı "şər oxu” siyahısına salınmasını tələb edib.
7. O, fələstinlilərin dostu deyil. Birləşmiş Millətlər Təşkilatında səfir olanda, İsraili hədəfə alan bütün BMT qərarlarına veto qoyaraq İsraili daim müdafiə edib. Bolton, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını tərifləyib və mübahisəli şəhərin statusunun iki tərəf arasında müzakirə ilə həll edilməsinə dair onilliklər boyu davam edən beynəlxalq razılığı pozub. O, Fələstin dövlətinə qarşı çıxır və deyir ki, "Fələstin tərəfində İsraillə müqavilə öhdəliklərinə əməl edə biləcək… və ya terrorist elementlərin ələ keçirilməsinə qarşı çıxa biləcək… qurumların olduğunu düşünmürəm". Onun həlli? Qəzzanı Misirlə və Qərb Şəriyyəni İordaniyaya birləşdirərək fələstinlilərdən qurtulmaq.
8. Bolton Çin ilə yeni problemlər yaradacaq. Tayvanın diplomatik tanınmasına tərəfdardır. Tramp administrasiyasına 1972-ci ilin Çinlə diplomatik əlaqələr və Tayvanla diplomatik əlaqələr arasında seçim etməyi tələb edən bir razılaşmanı – "Vahid Çin" siyasətini yenidən nəzərdən keçirməyi məsləhət görüb. Çinə qarşı onun antaqonist mövqeyi Şimali Koreya və Cənubi Çin dənizindən kiberməkan və ticarətə qədər uzanan məsələlərə mənfi təsir göstərə bilər.
9. İslamofoblarla aşnadır. Bolton İslam əleyhinə fəaliyyət göstərən aktivist Pamela Gellerlə əlaqəlidir, on ildir ki, onun "Atlas canlı yayımda" internet radio proqramında və onun video bloqunda iştirak edir. Geller müsəlmanlar haqqında yazılı şərhləri və onların ABŞ-da şəriət qanununu tətbiq etməyə çalışdıqları iddiası ilə məşhurdur. Bolton Gellerin anti-islamçı Robert Spenserlə birlikdə yazdığı "Post-Amerikan Prezident: Obama administrasiyasının Amerikaya qarşı müharibəsi” kitabına önsözün müəllifidir.
10. Ağ dənizçi bığı dərhal onu diskvalifikasiya etməlidir. Ağ Evin sabiq baş strateqi Stiv Bannonun sözlərinə görə, prezident seçilən Tramp Boltonun bığını sevmədiyinə görə onu yüksək səviyyəli kabinə üzvü mövqeyinə təyin etməyib. Tüklü üst dodaqları ilə Bolton yalnız "hissəcik ola bilər". Razılaşırıq ki, Tramp dərhal üzü az tüklü birinin lehinə olan təklifi qəbul etməməlidir.
Tərcümə: Strateq.az