Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Rusiyanın Ermənistandan rus dili üçün status tələbi etirazlara səbəb oldu

 

Ermənistan müxalifəti ölkənin Avrasiya İqtisadi İttifaqından çıxmasını tələb edir

Yenixeber.org: Rusiya Dövlət Dumasının spikeri V.Volodin Ermənistan hakimiyyətinə rus dilinə dövlət dili statusu verilməsi barədə təklif-tələbi düşmən ölkədə ciddi etirazlar doğurub. Volodin bunu Rusiya hakimiyyətinin ölkədə yalnız rus dilində sürücü vəsiqələrini tanıyacağı ilə əsaslandırıb.

Qeyd olunur ki, iyun ayının 1-dən etibarən Rusiyada sürücülərin xarici vəsiqələrlə çalışması qadağan edilib. İyul ayının 14-də isə Dövlət Duması Avrasiya İttifaqına daxil olan ölkələrin peşəkar sürücülərinə milli sürücü vəsiqələri ilə ölkədə çalışmaq izni verən qanun qəbul edib. Lakin burada söhbət yalnız ruscanı ikinci rəsmi dil olaraq qəbul edən ölkələrdən, daha doğrusu Belarus və Qazaxıstandan gedir. Faktiki olaraq Ermənistan Avrasiya İttifaqında bu qanunu tanımayan yeganə ölkəyə çevrilib.

V. Volodin bununla əlaqədar Rusiya hakimiyətinin istəyini erməni həmkarı Ara Babloyanın düz üzünə söyləyib: “Rus dilini ikinci rəsmi dil olaraq qanunvericiliklə möhkəmləndirin, 14 iyulda qəbul olunan qanun sizlərə də şamil edilsin”.

Картинки по запросу volodin babloyan

Məsələ Ermənistan müxalifətinin də gündəmindədir. Ermənistan parlamentində müxalif “Yelk” blokunun fraksiya rəhbəri Edmon Marukyan Volodinin sözlərinə sərt reaksiya göstərib: “Avrasiya İttifaqı ilə bağlı qorxularımız özünü doğruldur. Sürücü vəsiqəsi bəhanəsi ilə rus dilini zorla rəsmi dil kimi qəbul etdirmək istəyirlər”.

Marukyan Rusiyanın bu tələbinin Avrasiya İqtisadi İttifaqı haqqında müqavilənin müddəalarına zidd olduğunu söyləyərək, Ermənistanın sözügedən təşkilatdan çıxmasının vaxtının gəlib çatdığını bildirib: “Səsimizin eşidilmədiyi və maraqlarımızın təmin olunmadığı bu cür birlikdə qalmağın heç bir mənası yoxdur. Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə prosesə başlamalıdır”.

Картинки по запросу edmon marukyan

Edmon Marukyan

Deputatın sözlərinə görə, Rusiyada qəbul eidlən yeni qanun Ermənistan hakimiyyətinin ölkənin suverenliyini hansı dərəcədə qorumaq qabiliyyətində olduğunu nümayiş etdirir: “İqtidar o qədər zəifdir ki, bu prosesə heç bir şəkildə mane ola bilmədi. İqtidarın özünü yandırmaqdan başqa heç bir çıxış yolu yoxdur. Rəzalət bir situasiya yaranıb”.

“İndi belə çıxır ki, Avrasiya İqtisadi İttifaqı deyilən təşkilat əslində Rusiya Federasiyasının özü imiş”, - “Yelk” blokunun digər deputatı Gevork Qorgisyan Azadlıq radiosunun Ermənistan bürosuna (“Radio Azatutyun”) müsahibə verərkən söyləyib.

Картинки по запросу gevork gorgisyan

Gevork Qorqisyan

Erməni deputat Rusiyanın bununla ayrı-seçkilik etdiyini bildirir: “Üzdə bütün tərəfdaşların bərabər hüquqlara malik bir təşkilatı var. Təşkilatla bağlı müqavilədə hətta vahid nəqliyyat şəbəkəsinin qurulması barədə bənd də mövcuddur. Lakin reallıqda müqavilənin şərtləri Ermənistanın maraqlarına zidd olaraq pozulur”.

Qorgisyan məsələnin Ermənistanın olan-qalan suverenliyinin əlindən alınasından ibarət olduğunu qeyd edib. O, Rusiyanın digər üzv dövlətlərlə məsləhətləşmədən birtərəfli qaydada, kefi istədiyi kimi qərarlar qəbul etdiyini bildirərək, bunu digər üzvlərə yuxarıdan aşağı baxmaq kimi dəyərləndirib. Deputat, fraksiya rəhbəri Edmon Marukyanın Avrasiya İttifaqından çıxmaq barədə təklifini dəstəkləyəcəklərini söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam