Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putin:"Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər"

Putin:

 

"Bir sıra MDB ölkələri Avrasiya İqtisadi İttifaqında müşahidəçi ola bilərlər".

Yenixeber.org: Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqında sədrliyin Rusiya Federasiyasına keçməsi ilə əlaqədar quruma üzv ölkələrin dövlət başçılarına müraciətində deyib.

"Avrasiya İqtisadi İttifaqı ilə Müstəqil Dövlətlər Birliyinin daha dərin əlaqələndirilməsi imkanlarının öyrənilməsini məqsədəuyğun hesab edirik. MDB-nin bəzi iştirakçı ölkələri Avrasiya İqtisadi Birliyində müşahidəçi ola bilərlər", - deyə Rusiya prezidenti vurğulayıb.

V. Putin müraciətində Avrasiya İttifaqına üzv ölkələrin regionlararası və sərhədyanı əməkdaşlığının gələcəkdə dərinləşməsinə önəm verdiklərini qeyd edib: "Bununla biz inteqrasiya prosesinə əlavə impuls verəcəyik, üzv ölkələrin regionlar səviyyəsində daha sıx əməkdaşlığını təmin etmiş olacağıq".

Rusiya prezidenti Avrasiya İqtisadi İttifaqının inkişafının təmin olunmasının əsas əhəmiyyətinin digər dövlətlər və inteqrasiya birlikləri ilə sıx əməkdaşlıqdan ibarət olduğunu söyləyib: "2016-cı ildən Vyetnamla azad ticarət zonası uğurlu fəaliyyət göstərir. Hazırda Misir, İsrail, İran, Hindistan, Serbiya və Sinqapurla azad ticarət zonasının yaradılması ilə bağlı aparılan danışıqların müsbət nəticələnəcəyinə ümid edirik. Avrasiya İttifaqı ilə Çin arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq haqında imzalanan sazişin böyük perspektivlərini görürük".(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam